Dünya

İran XİN Azərbaycanda islamçı məhbusların "tubzon"a köçürüllməsinə reaksiya verib

24-05-2016, 10:31

İran Xarici İşlər Nazirliyi Azərbaycanda islamçı məhbusların "tubzon"a köçürülməsinə reaksiya verib və deyib: İran İslam Respublikasının xarici siyasəti ölkələrin daxili məsələlərinə müdaxilə etməməyə əsaslanır. Lakin həssaslıqları da nəzərə alır.

İran İslam Respublikası və Azərbaycan Respublikası rəsmiləri arasında əsasən son aylarda baş tutan səfərləri iki ölkənin hərtərəfli əlaqələr və əməkdaşlıqların genişlənməsi istiqamətində olmuşdur və İran Xarici İşlər Nazirliyinin sözçüsü də İranın kənd təsərrüfatı nazirinin Azərbaycana olan son səfərini və qarşılıqlı olaraq Azərbaycanın Mərkəzi Bankının rəhbərinin İrana səfərini müsbət və təsirli adlandırıb və Azərbaycanla ikitərəfli və çoxtərəfli əlaqələrin genişlənməsini vurğulayıb və deyib: İran və Azərbaycan iki dost və qonşu ölkədir. Son vaxtlar iki ölkə arasında çoxlu səfərlərin şahidi olmuşuq. Prezidentlər və xarici işlər nazirləri səviyyəsində və yüksək səviyyədə səfərlər baş tutduğu zaman, ümumilikdə əməkdaşlıqların genişləndirilməsi barəsində siyasi anlaşmalar həyata keçir. Lakin bu istiqamətdə xüsusi səfərlər də olur. Belə ki, iqtisadi, siyasi, ticarət, mübadilələr, əməkdaşlıqlar və iki ölkə xalqının övladları arasında gediş-gəliş üzrə hiss olunacaq nəticələr gerçəkləşsin.

Ənsari deyib: İran İslam Respublikası Azərbaycan Respublikası ilə ikitərəfli, üçtərəfli və çox tərəfli sahələrdə əməkdaşlıqlarını araşdırır və həyata keçirir. Necə ki, son aylarda da İran, Azərbaycan və Türkiyə arasında, həmçinin İran, Azərbaycan və Rusiya arasında regional və beynəlxalq səviyyədə üçtərəfli görüş baş tutdu. Ümidvarıq ki, iki ölkə və region üüçn faydalı nəticələri və uğurunun şahidi olacağıq.

Cabiri Ənsaridən Azərbaycanda hicab məhbusları tərəfindən Yusif filminin onlar üçün ekranlaşdırılmasını istəməsindən sonra, məhbusların xüsusi şəraitli "tubzon"a köçürülməsi, Azərbaycan rəsmiləri və Ədliyyə Nazirliyinin sükutu barəsində soruşduq. O ölkələrin daxili məsələlərinə hörmətlə yanaşılmasına toxunaraq deyib: Ölkələrin daxili məsələləri haqda, İran İslam Respublikasının prinsipi ölkələrin daxili məsələlərinə müdaxilə etməməkdir. Lakin ümumilikdə Azərbaycan rəsmiləri ilə məsləhətləşmə və danışıqlarda əməkdaşlıqların genişlənməsi üçün münasib şərait yaradan məsələlər və həssaslıqları nəzərə almağı öz gündəmimizə daxil edirik.

Ümumilikdə İran İslam Respublikasının xarici siyasəti ölkələrin daxili siyasətlərinə müdaxilə etməməkdir.

İran XİN sözçüsü

Administratorla əlaqə

077 611-55-22

[email protected]