Ölkə / İslam

İslamçıları "Vərəm zonası"na vəhhabilər göndərib?! - TƏFƏRÜAT

15-05-2016, 17:31
 İslamçıların "Tubzon"a göndərilməsinin səbəbi məlum oldu.

Xəbər verdiyimiz kimi şənbə günü Ramana qəsəbəsindəki 16 saylı CÇM-dəki 5 islamçı məhbus "Tubzon"a aparılıb.

İslamçıları "Vərəm zonası"na vəhhabilər göndərib?! - TƏFƏRÜAT
 
İslamazeri.az məsələ ilə bağlı yeni məlumat əldə edib.

 
Belə ki, islamçı məhbuslar; Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Məmmədov, Elşad Rzayev və Telman Şirəliyevin "Tubzon"a köçürülmələrinin səbəbi 16 saylı CÇM-nin əməliyyatçısı Zöhrab Səmədovla yaranmış mübahisə səbəb olub. Tərlan Ağadadaşovun atası Faiqin bildirdiyi kimi Yusif Peyğəmbərin filminin klubda nümayiş etdirilməsilə bağlı Zöhrab etiraz etdikdən sonra, "zon"un rəisi filmin nümayişinə izin verib. Bundan sonra Zöhrab Səmədov PX-ə məruzə edibki, 16 saylı CÇM-də "islamçıların qruplaşması" var, bunun qarşısını alın. Bundan sonra PX ora məsul şəxs göndərir və o da, bəzi dustaqlarla görüşdükdən sonra 5 nəfərin "Tubzon"a, 3 nəfərin isə "kars"a salınması baş verir." İslamazeri.az olaraq bildiririk ki, məsələ ilə bağlı istər Penitensiar Xidmət, istər 16 saylı CÇM, istərsə Zöhrab Səmədovun mövqeyini yayımlamağa hazırıq.

Qeyd edək ki, sələfilərin əvvəllər 16 saylı CÇM-də təbliğatları geniş olub, hicab aksiyalarından sonra ora gedən hicab məhbusları onların təbliğatına əsas maneə olublar. Son aksiyada həbs olunan bu 5 nəfər isə, sələfilərə qarşı daha sərt mövqedə olaraq onların təbliğatına mane olmaq üçün ənənəvi islamı dustaqlara tanıdıblar. İslamazeri.az-a adının çəkilməsini istəməyən mənbə bildirib ki, vəhhabilər ənənəvi islamçıları "zon"lardan uzaqlaşdırılması müqabilində müxtəlif planlar cızıblar. Həbsxanalarda İŞİD, "Əl Qaidə" tərəfdarlarının sayının azalması vəhhabiləri narahat edib buna görə, ənənəvi islamı təbliğ edən ruhanilər və dindarlar CÇM-lərindən uzaqlaşdırılması üçün yeni planlar cızırlar. "Zon"ların rəisləri belə təkliflərə razı olmayacağını bildiklərinə görə, daha kiçik məmurlara öz təkliflərini təqdim edirlər. Düşünürük ki, bu məsələ ilə bağlı Dövlətimizin lazımi qurumları məşğul olmalı, kiçik məmurların obyekt və biznes sahələrində araşdırma aparmalıdırlar. Çünki, bizdə olan bəzi məlumatlara görə, bəzi "oper"lərin marketləri və digər obyektləri vardır və vəhhabilərin bu obyektlərlə mütəmadi əlaqəsi var. Odurki, bizdə fakt olmadığı üçün lazımi qurumların araşdırma aparacağına ümid edirik. Xatıradaq ki, mart ayının 19-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmış Tofiq Yaqublu 13 saylı cəzaçəkmə müəssəsində radikal dini baxışları ilə seçilən şəxslər barəsində mediaya (Yeni Müsavata) danışmışdı: "Dustaqlar arasında İŞİD-ə simpatiyanı mən ilk dəfə Şəkidə müşahidə etdim. Təsəvvür edin, efirdə baş kəsmə səhnəsini göstərirlər, dustaqlar "Allahu əkbər” deyə qışqırır. İnanın, gəlirlər televizorlara baxırlar. İŞİD-lə bağlı nəsə hərəkətli bir xəbər olanda qürur duyurlar, bir-birini təbrik edirlər. Yox, əgər İŞİD-lə bağlı hansısa əməliyyat gedibsə, qüvvələri zəifləyibsə, bunlar qəmginləşir." (islamazeri)



Administratorla əlaqə

077 611-55-22

[email protected]