Gündəm

İslamçı məhbusun atası: Oğlum sağlamdır, niyə onu vərəmlilərin türməsinə göndərirlər?

15-05-2016, 14:02
İslamçı məhbusun atası: Oğlum sağlamdır, niyə onu vərəmlilərin türməsinə göndərirlər?
Xəbər verdiyimiz kimi şənbə günü Ramana qəsəbəsindəki 16 saylı CÇM-dəki 5 islamçı məhbus "Tubzon"a aparılıb.
İslamçı məhbusun atası: Oğlum sağlamdır, niyə onu vərəmlilərin türməsinə göndərirlər?

Xeberman.com - "Tubzon" deyilən vərəm xəstələrinin cəza çəkdiyi CÇM-nə göndərilən Tərlan Ağadadaşovun atası Faiqdən münasibət alıb. O faktı təsdiq edərək "Cümə günü yanına getmişdim. Vəziyyəti, səhhəti və psixoloji durumu əla səviyyədə idi. Sadəcə bir neçə gün öncə Yusif Peyğəmbərin filminin klubda nümayiş etdirilməsilə bağlı Zöhrab adlı əməliyyatçı ilə mübahisələri düşüb. O da gedib rəislə danışıb; deyibki bu filmi bütün Azərbaycan izləyir, bizim telekanallar yayımlayır, bunun yayımlanmasında nə problem varki? Rəis filmin nümayiş etdirilməsinə izin verib.", - deyə bildirib. Faiq Ağadadaşov oğlunun "Tubzon"a göndərilməsindən narahatlığını bildirib: "Şənbə günü isə, PX-dən qara maskalılar gəlib 5 nəfəri; Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Məmmədov, Elşad Rzayev və Telman Şirəliyevi "Tubzon"a aparıblar. Rəis deyirki, mənlik deyil, "yuxarı"dan tapşırılıb nədir bilmirəm." "Ora xəstələr göndərilir, yəni vərəm xəstələri. Mənim oğlum 120 kq çəkidə, əvvəli idmançı, güclü və səhhətində heç bir problemi olmayan biridir. Onu ora niyə göndərirlər? Orada xəstə etməyəmi? Yoxsa döyməyəmi? Mən eşitmişəmki, "Tubzon"a ya xəstələr, ya da döyülməli adamlar aparılır. Amma bu haqda rəisin yanına gedəcəyik, o bizə övladlarımızın "Tubzon"a niyə göndərilməsi haqda məlumat versin. Biz (red: Tubzona göndərilənlərin valideynləri) onların səhhətindən, o cümlədən həyatlarının təhlükədə olmasından narahatıq. Əgər içəridə nəsə qanun pozublarsa, cəza kamerası - yəni "kars" var. Ora salsınlar. Əgər nsə cinayət ediblərsə məhkəmə keçirib, başqa "zon"a, qapalı "krıtı"ya göndərərdilər.", - deyə Faiq Ağadadaşov əlavə edib. O həmçinin vəkillə "Tubzon"a getdiyini qeyd edərək, istirahət günləri olduğu üçün görüş izni verilmədiyini və islamçı məhbusların "karantin"də olduqlarını öyrəndiklərini də bildirib. Qeyd edək ki, məhbus ailələri bu məsələdə 3 ehtimal verirlər; 1. Yusif Peyğəmbəri filminə görə yaranmış mübahisə. 2. Adları çəkilənlərin "əfv ərizəsi" yazmaqdan imtina etməsi. 3. Tərlan Ağadadaşovun atası Faiqin oğlu haqqında bir müddət əvvəl geniş video müsahibə verməsi. (islamazeri.az)
İslamçı məhbusun atası: Oğlum sağlamdır, niyə onu vərəmlilərin türməsinə göndərirlər?

Administratorla əlaqə

077 611-55-22

[email protected]