Əsas Səhifə / İqtisadiyyat

«Parabank» əmanətçiləri aldadır?

22-01-2016, 00:17

«Parabank»-nin müflis olması ilə bağlı xəbərlər təsdiqini tapmaqdadır.

Belə ki, banka yerləşdirdikləri pulları geri çəkmək istəyən əmanətçilər rədd cavabı alırlar. Adının çəkilməsini istəməyən vətəndaş banka yerləşdirdiyi əmanəti geri çəkmək üşün dəfələrlə müraciət etsə də ona rədd cavabı verilib:

«Depozitim manatla olsada mənim pulumu qaytarmırlar. Neçə gündür pulumu bankdan götürmək istəsəm də vermirlər. Bildirirlər ki, bankın problemləri var. Kassada pul olmasına baxmayaraq sizin pulunuzu qaytara bilmərik. Get- gələ salırlar səbəbini isə izah etmirlər. Bəhanə edirlər ki, gunortadan sonra pul olacaq yaxınlaşarsınız amma…. Amma yenədə pul tam düzəlmir. Hər dəfə müxtəlif bəhanələr gətirilir. Hətta nağd pulun olmadığı belə bildirilib».

Hazırda «Parabank» bank sektorundakı bazar payına görə ilk 20-liyə daxildir.

Onu da qeyd edək ki, Mərkəzi Bankın qərarından sonra manatın üzən məzənnəyə keçməsi bir çox banklarda gərginlik yaşanması davam edir. Bu gərginlik «Parabank»-da müşayət etmək olur.

Bankla əlaqə yaratdıq lakin suallarımızı cavablandıran olmadı.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. (Xalq.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]