İqtisadiyyat

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ NİYƏ SUSUR?

17-05-2016, 12:50
Belə başa düşülür ki, erməni şirkətdən vaksin alan nazir Heydər Əsədov üçün düşmənlə ortaq biznesə sahib olmaqda qeyri-adi nəsə yoxsuş. 

Ötən günlərdə Kənd Təsərrüfatı Nazirliyində baş verən özbaşınalıqlar, nazir Heydər Əsədovun isə ermənilərlə əməkdaşlıq etməsi barədə araşdırma yazı təqdim etmişdik. 
 
Xeberman.com  Politika.Az-a istinadən xəbər verir ki, nazir Azərbaycanda heyvanlar üçün büdcə pulları hesabına alınan vaksinləri «Meqavet» şirkəti vasitəsi ilə realizə edirmiş. Lakin məsələnin ilginc tərəfi odur ki, Heydər Əsədovun vaksin aldığı şirkətin başında erməni dayanırmış. Həmin dəqiqləşdirmələrə görə, nazirin əməkdaşlıq etdiyi «Meqavet» şirkətinin rəhbəri Qor Rafaeloviç Xeçoyandır. Heydər Əsədovun qaranlıq işləri bununla da yekunlaşmır. Onun ən etibarlı adamlarından biri olan, hazırda nazirlikdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Abbas Qaracayev isə fermerlərə ayrılmış kreditləri özünküləşdirməyə nail olub. Belə ki, Qaracayev fermerlər üçün ayrılmış pulları banklara yerləşdirib, onlardan əmanətçi kimi faizlər alır. Bununla bağlı əlimizdə ciddi faktlar var və ortalıqda onun əlyazması olan sənədlər mövcuddur. Araşdırmalara görə, KTN rəhbəri hətta Dünya Bankına da kələk gəlməyə başlayıb. Belə ki, bankın layihəsi əsasında ayrılmış maliyyə vəsaitləriylə REV 1 vaksinləri alınmalıdır. Lakin nazirlik vaksinlərin satınalması üzrə keçirilən beynəlxalq tenderdə ciddi qanunsuzluqlar edib. Qeyd edək ki, ötən yazıda «Meqavet» şirkətinin Bakıya gəlib-gedən nümayəndəsi olaraq Pata Subzivadze qeyd olunub. Burada yanlışlıq var və məsələ belədir ki, sözügedən şəxs şirkətin Rusiya və İran təmsilçisidir. Azərbaycanla işləyən şirkət nümayəndəsi isə Pata Kuduxaşvilidir. Əldə edilən məlumata görə, Subzivadze Qor Xeçoyanla birlikdə malları Gürcüstan üzərindən göndərirlər. Araşdırmalar zamanı bəlli olub ki, Kənd Təsərrüfatı Nazirliyi ilə həmin şirkət arasındakı müqaviləni isə Georgi Xaçaturi Xaçitze bağlayıb. Həmin şirkətin satdığı vaksinləri Azərbaycana göndərən elə Qor Xeçoyanla Pata Subzivadzedir. Maraqlıdır, görəsən ermənidən heyvandarlıq üçün vaksin alınması kimin ağlına gəlib? Və kim təminat verə bilər ki, həmin vaksinlər heyvanların sağlamlığına mənfi təsir etməyəcək? Hər nə qədər olsa belə erməni ermənidir və onun azərbaycanlılara qarşı münasibəti məlumdur. Dəqiqləşdirmələr zamanı o da bəlli olub ki, «Meqavit» şirkətinin sahibi sənəd üzərində gürcüdür. Lakin əsl sahibi erməni Çkçoyandır. Elə şirkətdən də etiraf edirlər ki, bütün işlər Xeçoyanlıqdır və «Meqavet»də çalışanların böyük əksəriyyəti də elə erməni əsillidirlər. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin bir çox maliyyə maxinasiyaları da mövcuddur. Araşdırmalar zamanı bəlli olub ki, bir müddət əvvəl ləğv olunmuş Texnika Bankda nazirliyin 10 milyon manatı batıb. Əvvəla, nazirliyin belə bir bankda hesabının olması kifayət qədər müəmmalıdır. Həmin pulun bu bankda peyda olması isə onu deməyə əsas verir ki, KTN rəhbərliyi həmin pulları dolayı yollarla banka yerləşdiriblər. Elə araşdırmalarımız da belə deməyə əsasə verir ki, həmin pulun mənbəyi məlumdur. Belə ki, həmin pullar kəndlilərə verilməli olan dotasiyaların pullarıdır. Eyni zamanda, bu pulların bir qismi isə fermerlərə verilməsi nəzərdə tutulan kreditlərmiş. Onun Texnika Bankda peyda olması isə səbəbsiz deyilmir. Belə ki, nazirlik kəndlilərə və fermerlərə çatası pulları banka yerləşdirərək, ondan aylıq faiz alırmışlar. Araşdırma zamanı KTN-in daha bir qanunsuz əməlinin üzəri açılıb. Məlum olub ki, hər il «Aqorlizhinq»ə büdcədən kənd təsərrüfatı texnikalarının alınması üçün pul ayrılır. Həmin pullara alınan texnika isə fermerlərə və ya əkin sahələri əkən kəndlilərə icarəyə verilir. Bir qismi isə satılır. Bəs, belə olan təqdirdə «Aqrolizinq»in göstərdiyi xidmətə görə aldığı pullar hara gedir? Niyə bu barədə hər hansı bir hesabat verilmir? Aydın məsələdir ki, həmin pullar banklara yerləşdirilib və orada aylıq faiz şəklində qazanc götürülür. Bildirək ki, Heydər Əsədov işi o qədər böyüdüb ki, hətta Dünya Bankına da kələk gəlməyə başlayıb. Həmin bankın layihəsi əsasında ayrılmış maliyyə vəsaitləri əsasında REV1 vaksinləri alınmalıdır. Bəs, olay necə olub? Qeyd edək ki, Dünya Bankının qaydalarına görə, eyni adam iki təklif verə bilməz. Amma təəssüflər olsun ki, KTN-in xeyir-duası ilə hərəkətə keçən şəxs (bu adamın adını növbəti yazıda vurğulanacaq) iki təşkilat yaradıb. Onlardan biri Gürcüstanda qeydiyyata alınmış CNN, digəri isə Şotlandiyada qeydiyyatdan keçmiq Networks Europe şirkətləridir. Maraqlı məqam odur ki, bu şirkətlərin fəaliyyət göstərdikləri məkanlar ayrı-ayrı olsa da, eyni ölkədə qeydiyyatdan keçiblər. Məlum olub ki, hər iki şirkət Gürcüstanın Poti Azad Ticarət Zonasında offşor şirkət olaraq qeydiyyata alınıb. Bildirək ki, adları çəkilən şirkətlər eyni gündə Standart Bankdan zəmanət kağızları alıblar. Şirkətlərin təmsilçiləri isə «Grand Motors»un işçiləridir. Dünya Bankının qaydalarına görə, şirkət ciddi saxlanılan büdcəni yazmamalıdır. Amma təklif verən 5 şirkətdən yalnız iki şirkət ciddi saxlanılan büdcəni göstərib. CNN 650 min dollar, Networks Europe isə 747 min dollar olaraq qeyd edib. Və məsələnin ən qəribə tərəfi odur ki, Kənd Təsərrüfatı Nazirliyi məhz 747 min dollarlıq təkliflə çıxış edən şirkəti qalib edərək, Dünya Bankına sənədlərini göndərib. KTN-in daha bir qanunsuzluğu dabaq xəstəliyinə qarşı vaksinlərin alınması zamanı baş verib. Qeyd edək ki, dabaq xəstəliyinə qarşı mübarizə aparan şirkət FAO-dur. Beynəlxalq təşkilat Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə məktub göndərib ki, Səudiyyə Ərəbistanında A ştammı ilə dabaq xəstəliyi meydana gəlib. Oradan həmin xəstəlik Türkiyəyə, daha sonra İran və Gürcüstana qədər yayılıb. Ermənistana da yayılmış həmin xəstəliyinə Azərbaycana keçəcəyi barədə də xəbərdarlıq edilib. Elə bu səbəbdən də FAO KTN-ə tövsiyyə edib ki, bu il də vaksinasiya işləri həmin ştamla aparılmalıdır. Çünki virus çox təhlükəlidir. Hətta insanlara da keçmək ehtimalı var. Daxil olan məlumatda vurğulanır ki, KTN rəsmiləri həmin məktubu zibil qutusuna ataraq, 2005-ci ildə istehsal edilmiş, tərkibi ölmüş və tamamilə uyğunsuz, həmçinin istifadə müddəti başa çatmış vaksinləri alaraq, Azərbaycana gətirib. Onları fermerlərə satmaqla məşğuldurlar. Təsəvvür edin ki, sudan ucuz qiymətə vaksinlər alıb, onu da pulla satırlar. Heydər Əsədov külli miqdarda pul qazanmaq üçün Azərbaycan heyvandarlığının taleyi ilə oynayır. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi normalda araşdırma aparmalı və açıqlama yaymalıydı. Lakin Heydər Əsədov nazir olaraq məsələylə nəinki maraqlanır, heç özünə əziyyət verib, bununla bağlı açıqlama da yaymır. Görünən odur ki, nazirlik və nazir üçün ermənilərlə iş birliyi içində olmaq qeyri-adi iş deyil. Əgər belə olmasaydı, ortalıqdakı faktların araşdırılması üçün tutarlı addımlar atılardı. Həmçinin bu işlərin yekununda bir sıra qeyri-qanuni əməllərin önü alınmış olardı. Baş verənlərdən o da anlaşılır ki, bu, Heydər Əsədovun ilk işi deyil. Onun ermənilərlə digər sahələrdə də əlaqələri var. Əks təqdirdə, nazir ermənilərlə əməkdaşlıq məsələsini qəti şəkildə inkar edə rvə buna aydınlıq gətirərdi. Mümkün ehtimallardan biri də odur ki, KTN şefi üçün ermənilərlə əməkdaşlıq, onlarla birlikdə pul qazanmaq Azərbaycan iqtisadiyyatından daha mühümdür. Yəni, ermənilərin tərkibi məlum olmayan vaksinləri Azərbaycana satmasından hər iki tərəf qazanıb. Heydər Əsədov pul qazandığı halda, ermənilərin qazancı ikiqatdır. Onlar həm pul əldə ediblər, həm də Azərbaycan heyvandarlığını məhv etmək üçün yaxşı imkan qazanıblar. Hər halda ermənilər bizə olan münasibətlərini birbaşa sərgilədikləri kimi, belə gizli vasitələrlə də nümayiş etdirirlər. Ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyi məsələyə aydınlıq gətirəcək və açıqlama verəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]