Siyasət

Prezident rayonlarda, nazir isə kabinetindən çıxmır ki çıxmır...

29-10-2016, 20:16
Kənd təsərrüfatı naziri Heydər Əsədov nə Bakı kəndlərinə gedir, nə əyalətlərə çıxır; Nazir postneft dövründə ən aktiv məmur kimi fəaliyyət göstərməlidir. H.Əsədov isə kənd təsərrüfatının yox, TQDK-nın sədri kimi işinə yanaşır. 

Bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, nazirin indiki halda ən böyük vəzifəsi və borcu regionlarda əhali ilə görüşməkdir. 

Əslində, nazirliyin inzibati binası da aqrar rayonların birində yerləşməlidir. H.Əsədov isə iqtisadi böhranın yaratdığı bahalaşma dövründə nə fermerlərlə, nə kəndlilərlə görüşür, nə regionlarda qəbul keçirir, nə də aqrar sektorda çalışan insanların problemlərini dinləyir. 

Nazir kabinetindən bayıra çıxmır ki, öz sahəsində nələr baş verdiyini öyrənsin. Prezident pambıqçılığın inkişafı barədə tapşırıq verib, ölkə başçısı özü rayona gedib, Sabirabadda müşavirə keçirib. Ancaq H.Əsədov ondan nə əvvəl, nə sonra Sabirabada gedib. 

Halbuki onun işi budur - rayonlara səfər etmək. Heydər Əsədov bu sahənin kadrı olmadığını və səriştəsizliyini isbat elədi. 

Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün Heydər Əsədovun aqrar sektorda, yerli məhsulların ucuz satışında hansı işlər görəcəyi gözlənilirdi. Fəqət nazir heç nə etmədi.(politika)Məlumata görə, nazir bu vəzifəyə təyin olunanda ona tapşırılıb ki kənd təsərrüfatını dirçəltsin, xələfi İsmət Abbasovun yolunu getməsin. Fermerlər ümid edirdi nə isə düzələr. Amma nəticə yoxdur. Yenə həmin vəziyyətdir. Kənd təsərrüfatı naziri Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. 

Son 1 ildə Ziya Məmmədovun demək olar ki, bütün səlahiyyətləri alınıb. Məlumata görə, eyni aqibət Z.Məmmədovun nazir qudasını da gözləyir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]