Ölkə

Heydər Əsədov Əhməd Əhmədzadəni necə «vurdu»?

6-08-2016, 00:35

Kənd təsərrüfatı naziri Heydər Əsədovla "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə arasında ziddiyyətlər baş qaldırıb. Redaksiyamıza daxil olan məlumata görə, Əhməd Əhmədzadənin Prezident Administrasiyasına göndərdiyi raportlar Heydər Əsədovu pis vəziyyətə qoyub.

Nazir də bundan qəzəblənib. "Məlum olduğu kimi maliyyə böhranı ilə əlaqədar hakimiyyət aqrar sektora diqqət yetirməyə başlayıb. Aqrar sektorda bu gün əsas problemlərdən biri suvarma olsa da, Əhməd Əhmədzadənin raportlarında bunun əksi qeyd edilib. Bu halda aqrar sektordakı acınacaqlı vəziyyətə görə məsuliyyət Heydər Əsədovun üzərinə düşüb. Bundan qeyzlənən Heydər Əsədov nəzarətində olduğu Hesablama Palatasına ”Meliorasiya və Su Təsərrüfatı” ASC-də yoxlama aparmağı tapşırıb. Söhbət bir neçə gün əvvəl Hesablama Palatasının nəticəsini açıqladığı yoxlamadan gedir. Həmin hesabatda Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumda ciddi maliyyə pozuntularının olduğu əks olunurdu. Adətən Hesablama Palatası dövlət qurumlarında apardığı yoxlamaların nəticəsini ictimailəşdirmir. Lakin Heydər Əsədov Əhməd Əhmədzadənin əlindən qəzəbli olduğuna görə hesabatı ictimailəşdirməyi tapşırıb”, – deyə məlumatı verən mənbəmiz bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]