Gündəm

Əsgərinin yaşaması uğruna özünü fəda edən komandir dəfn edildi.

4-04-2016, 11:00
Xeberman.com xəbər verir ki, Aprelin 2-də Cəbrayıl rayonu ərazisindəki Lələ təpə yüksəkliyi uğrunda döyüşdə şəhid olan H saylı hərbi hissənin nizami hissə rəisi, mayor Elnur Əliyev bu gün torpağa tapşırılıb.

E.Əliyev Füzuli rayonundandır... O, Füzulinin işğal olunmayaın ərazisindəki məzarlıqda dəfn edilib.

Zabitin döyüş yoldaşları danışır ki, əlində avtomat yüksəkliyə əsgərləri ilə bərabər hücum edən Elnur Əliyev öz bədəni ilə düşmənin atdığı qumbaranın üstünü örtərək, özünün şəhidliyi hesabına əsgərlərini xilas edib.

Allah rəhmət eləsin...

Əsgərinin yaşaması uğruna özünü fəda edən komandir dəfn edildi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]