Gündəm

Bakını ayağa qaldıran ayı balası - Cavid Qurbanovundur?

3-05-2016, 00:23
Bakını ayağa qaldıran ayı balası - Cavid Qurbanovundur?Xeberman.com xəbər verir ki, dünən "Baku bus” avtobuslarının saxlanıldığı yerin yaxınlağında tapılmış ayı balasını FHN əməkdaşları yaxalayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.
 
FHN əməkdaşları Bakıda ayı balasını tuturlar

Ayı balası Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "Baku Bus"ın avtomobil parkı yaxınlığında peyda olub. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb və ayı balası xilasedicilər tərəfindən götürülərək aidiyyatı üzrə təhvil verilib. 
[video=https://]
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlama verib. O bildirib ki, ayı balası bu gün Altıağac Milli Parkının nəznindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikasına təhvil verilib.

Onun sözlərinə görə, ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə, yəni meşəyə buraxılacaq.

Maraqlıdır, bəs dünən bütün Bakıya səs-küy salan, paytaxtı ayağa qaldıran, sosial şəbəkələrdə, mətbuatda müzakirə obyektinə çevrilən bu ayı balası birdən-birə haradan peyda oldu?

Bakı Zooparkının direktoru Azər Hüseynov mətbuata açıqlamasında bildirib ki, ayı balası zooparkarın heç birinə aid deyil: "Həmin ayı balası Zooparka məxsus deyil, hardan peyda olub, biz də bilmirik”.

Əgər ayı balası Zooparkdan qaçmayıbsa, onda kimindir?.. Bakıda  heyvan saxlamağa həvəsli olan imkanlı ailələr, məmurlar çoxdur. Ola bilsin şəhərə qaçan ayı balası hansısa şəxsi malikanədən çıxıb...

Artıq iki gündür ki, sosial şəbəkələrdə də bu geniş məsələ müzakirə olunur...

Arqument.az xəbər verir ki, sosial şəbəkələrdə bu olayla bağlı müxtəlif məlumatlar yayılıb.

Məlumatlarda iddia olunur ki, şəhəri ayağa qaldıran ayı balası təm-təraqlı həyat tərzi ilə seçilən Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun bağ evindən qaçıb.

Daxil olan məlumatda həmçinin qeyd olunur ki, Hövsan qəsəbəsində Cavid Qurbanova məxsus olduğu bilinən villada müxtəlif vəhşi çöl heyvanlarının saxlanıldığı və Qurbanovun bu heyvanlar üçün xüsusi xidmətçilər saxladığı iddia olunur.

Arqument.Az-ın əməkdaşı Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədovla əlaqə saxlayıb. O, məlumatın həqiqətəuyğun olmadığını deyib: "Bu məlumat həqiqətəuyğun deyil. Yəni ayı balasının Cavid Qurbanovun bağ evindən qaçması yalan məlumatdır".


Bakıda tapılan ayı balası -
Bakıda tapılan ayı balası -
Bakıda tapılan ayı balası -
Bakıda tapılan ayı balası -
Bakıda tapılan ayı balası -

Administratorla əlaqə

077 611-55-22

[email protected]