Gündəm

«Baku Crystall Hall»da uçqun

20-04-2016, 19:21
«Baku Crystal Hall»da uçqun hadisəsi baş verib. FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun ANS PRESS-ə verdiyi məlumata görə, binanın dayaq borularından biri aşıb. Hadisə bu gün səhər saatlarında baş verib. «Hadisə yerinə dərhal FHN əməkdaşları cəlb olunub. Hazırda bina üçün heç bir təhlükə yoxdur» - deyə Oqtay Bayramov bildirib.

Hadisə nəticəsində bir fəhlə 1956-cı il təvəllüdlü Nəsirov Çingiz xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Fəhlə hər iki baldırının açıq sınığı xəsarətləri ilə özəl klinikaların birinə yerləşdirilib. (ANS PRESS)

Administratorla əlaqə

077 611-55-22

[email protected]