Gündəm

ZALOVUN YENİ ÜZƏ DURANLARI - GƏNCƏ POLİSİNDƏ NƏ BAŞ VERİR?

22-04-2016, 13:25
Gəncənin Dövlət Yol Polisi şöbəsinin rəisi Rəhim Zalovun qanunsuz əməllərindən bəhs edilmişdi. 

Zalov şəhərdə sürücüləri qanunsuz cərimələməklə ad çıxarıb. Rüşvəti ABŞ dolları ilə almaqdan xoş olan rəisin şəhərdə narazılıq yaradan əməllərinə biganə münasibət davam edir.

 
Xeberman.com Azerinews.org-a istinadən xəbər verir ki, müraciət edən Gəncə sakinlərərinin narazılıqları şəhərin yol kəsəni kimi ad çıxaran Rəhim Zalovun qanunsuz əməlləri ilə üzləşdiklərini bildirirlər.Şikayətçi vətəndaşlar Daxili İşlər naziri cənab Ramil Usubovdan da kömək istəyirlər. Onlar şəhərin yol polisi rəisinin heç bir qanuna əsaslanmayan əməllərindən cana doyduqlarını, yersiz təhdid və təhqirlərə məruz qaldıqlarını yazırlar.

Gəncə şəhər sakini Amil Məmmədov qeyd edir ki, son zamanlar şəhərdə maşın idarə etmək çətinləşib; "İndi şəhərdə istədikləri yerdə dururlar. Hamını saxlayıb sənədlərə baxırlar. Sonra da bir sözləri var "hörmət elə”. Narazılıq edəndə təhqir etməkdən çəkinmirlər. Elə bil yol polisi deyil yol kəsən reketlərdir”.
Redaksiyamıza müraciət edən digər vətəndaş Aqil Əliyev, Rəhim Zalovu çoxdan tanıdığını və onun daim qanunlara hörmətsizlik etdiyini qeyd edir: "Mən Rəhim Zalovu çoxdan tanıyıram. O, Gəncədə yol polisi rəisinin müavini işlədiyi müddətdə də qanunlara hörmətsizlik edirdi. Indi rəis kimi etdiyi əməllərə görə cəzalandırılmalıdır. Onun yol polisləri sadə sürücülərə divan tutur. Hamini rüşvət verməyə məcbur edirlər. Lakin, şəhərdə özləri və rəisin qohumları qaydaları kobudcasına pozurlar. Bu məmurun qanunsuz əməllərinə hüquqi qiymət verilməsə narazılıq artacaq”.

Əldə edilən məlumatlara görə. "Gəncədə sərxoş sürücülərdən 700 manat rüşvət alandan sonra onları kəmər taxmamaq və ya sadə qayda pozuntuları adı ilə sənədləşdirirlər” – bu sözlər şəhər sakini Davud Kərimova aiddir. O, Rəhim Zalovun sərxoş avtomobil idarə edən sürücülərdən 700 manat rüşvət tələb etdiyini qeyd edir. Vətəndaş bildirir ki, Rəhim Zalovun yaxınları isə şəhərdə sərxoş halda sərbəst qaydaları poza bilərlər. "Rəisin qohumlarına gözün üstə qaşın var deyən yoxdur. Onlar şəhərin küçə və prospektlərində hegemonluq edir. Amma qanunun tələbləri onlara aid deyil”.

Digər vətəndaş isə rəisin vətəndaşlarla qeyri-etik rəftar etməsindən bəhs edir: "Cəriməni ödəmək və ya avtomobilimi cərimə meydançasından çıxarmaq üçün şəhərin Dövlət Yol Polisi şöbəsinə getməyimə peşiman oluram. İçəri daxil olan kimi təhqirlər başlayır. Inspektorların təhqirlərinə şahid olub rəisə şikayət edəndə görürsən ki, Rəhim Zalov daha qeyri-etik ifadələr işlədir. Nəticədə susuruq. Çünki danışdıqca daha ciddi problemlə üzləşirik. Rəis bizi şantaj etməkdən belə çəkinmir. Şöbədə saxladığı hal şahidləri də üzə durmağa hazırdır”.

Gəncənin Dövlət Yol polisi rəisinin özbaşınalığı və rüşvətxorluğu ilə bağlı yazılanlar bunlarla bitmir. Lakin bu şəxsin yuxarıdakı qohumuna görə susanlar narazılıqların artmasına şərait yaratmaqdadırlar. Rəhim Zalovun qanunlara bu qədər sayğısız yanaşması əslində şəhər rəhbərliyini də narahat etməlidir. Ölkə başçısının tapşırıqlarına biganə qalmayaraq, vətəndaşları haqsız yerə incidən rəisin qanun qarşısında cavab verməsinə çalışmaq vacib şərtdir.

Müraciət edən şikayətçilər onuda bildirilər ki, Rəhim Zalov bu xalqın ən vacib dəyərlərindən biri olan qadınlara və ailəyə hörmət anlamını da unudub. Bu şəxs ailəsi maşında olan sürücüləri də yersiz sorğu-sual edilməsinə şərait yaradıb. Rəisin tapşırığına görə yanında qadın sərnişin olan sürücülərin idarə etdiyi maşınları çox saxlamaq lazımdır. Rəhim Zalovun fikrincə belə sürücülər ailələrinin yanında mübahisəyə getməzlər və daha çox rüşvət verərlər. Bu faktın nə qədər acı nəticələr verə biləcəyini unutmamalıyıq. Necə ki, bir neçə il öncə Gəncədə yol polisi rəisi sadə vətəndaşı ailəsinin yanında təhqir etdiyi üçün həyatını itirmiş oldu. İnsanları ən həssas hisləri ilə sınağa çəkmək Rəhim Zalova pul qazandırsada Azərbaycan polisinin adına xoş sözlər gətirmir. Gəncənin Yol polisi rəisi bu vətənin və qanunların keşiyində duran polislərimizə əməlləri ilə ləkə yaxmağa çalışmaqdadır. Öz şəxsi maraqlarının əsirinə çevrilən Zalovun ölkədə hegemonluq dövrünə son vermənin zamanı yetişsədə hələ ki, hamı susur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]