Ölkə

Pula görə qanunları tapdalayan məmur

23-05-2016, 19:06
Gəncə DYP rəisi Rəhim Zalov pulu qanunlardan üstün tutur.

Dövlət yol polisinin Gəncə şöbəsinin rəisi Rəhim Zalov üçün pul ən ali dəyərlərdən belə üstündür. Qanunsuz reydlər, şəhər sərnişin daşımasında olan neqativ əməllərə göz yumma, həbsdə olan maşınların heç nə olmamış kimi gündəlik işini davam etdirməsi, sığortasız avtobusları nəzarətsiz qalması ilk baxışdan mümkünsüz görünsə də Rəhim Zalov bunu edə bilir. Gəncə "Simurq Kompani” yə məxsus "Hundai” markalı mikro avtobusları sığortasız sərnişin daşımasına nə ad verməyi yəqin hörmətli rəis yaxşı bilir.

Moderator.az-ın Gəncə müxbirinin araşdırmasından məlum olub ki, Gəncə "Simurq Kompani” də olan maşınların illik icbari sığorta qiyməti 150 manatdır. Burda olan maşınların sayını nəzərə alsaq bu böyük bir məbləğ edir. Beləcə də hər il kifayət sayda sərnişin daşıyan nəqliyyat vasitəsi sığortadan yayınır və sığorta şirkətlərinə, eləcə də avtomobil sahiblərin böyük məbləğdə ziyan dəyir. Bu az imiş kimi Rəhim Zalov hər hansı qayda pozuntusuna görə həbs edilən sərnişin daşıyan mikro avtobusların işləməsinə də göz yumur. Konkret desək şəhər üzrə 250 sərnişin daşıyan nəqliyyat vasitəsinə həbs qoyulsa da onların sürücüləri hələ də cərimələrini ödəməyib və gündəlik fəaliyyətlərini davam etdirirlər. Bölgə müxbirinin sürücülərdən aldığı məlumata görə bunlara göz yummağın hamısı qarşılıqlı marağa xidmət edir və ayın sonunda hesablaşmada əksini tapır.

Daha bir qansuzluq isə Gəncədən keçən şəhərlər arası avtobusların arxa yoldan deyil Gəncənin içərisindən keçməsidir. Rəhim Zalovun bütün bu işlərə göz yumması əslində başa düşülən olsa da qanundan qorxmamağı başa düşülən deyil.

Gəncədə olan 3 nəhəng bazarın qarşısında olan və küçə ticarəti ilə məşğul olan sürücülərin də heç kimdən çəkinmədən meydan sulaması kirli niyyətlərdən xəbər verir. Onların hər birindən gün ərzində 5 manat pul alınır ki, maşın sayının çoxluğu ayda 50 min manat məbləğin yaranmasına səbəb olur.

Göründüyü kimi Rəhim Zalov sadə yollarla ay ərzində ağıla sığmaz məbləğdə pul əldə edərək bütün qurumları aldadır. Hələ sərxoş sürücülərin heç bir məsuliyyətə cəlb olunmamasını demirik. 
Bütün bu və digər məsələlərlə bağlı növbəti yayımımızda oxuyacaqsınız. Onu da biləcəksiniz ki, hansı dövlət qeydiyyat nişanlı sərnişin daşıyan nəqliyyat vasitələri həbsdə ola-ola işinə davam edir və hansı maşınlar sığortasız işləyir.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]