Ölkə

Nazirin adamı Kürdəmirin mərkəzi məhəlləsində əxlaqsızlıq yuvası açıb. FAKTLAR.

17-04-2016, 15:00
Xeberman.com xəbər verir ki, Kürdəmir sakinlərindən redakisyaya şikayət və müraciət daxil olub. Kürdəmir sakini Həmin məktubu sizə təqdim edirik.
"Biz Kürdəmir rayon sakinləri dəfələrlə Səlim Müslümova müraciət etsək də , müraciətimiz cavabsız qalıb.Ölkə prezidentinin məlum fərmanı ilə, rüşvətin qarşısını almaq məqsədi ilə sosial yardım avtomatlaşdırıldı. Amma əslində heç nə dəyişmədi. Görün Kürdəmir ƏSMM-də nələr baş verir? Sanki bu idarə bir iynə olub itibdi, heç bir aidiyyəti qrumlar bu idarə barəsində tədbirlər görmürlər.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova.
Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, bura bir dövlət idarəsidir yoxsa bazar???
Xidməti kabinetində vətəndaşlarla təhqiramiz ifadələrlə, söyüşlə danışan və özünü Səlim Müslümovun kadrı kimi təqdim edən heç kim və heç nədən qorxmayan Asif Abdullayev və "onun ordusu”.Mən bir vətəndaş olaraq Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərəzində gördüklərimi, müşahidə etdiklərimi media və aidiyyatı dövlət oraqanlarına – həmin idarə barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə göndərirəm.Mən müxtəlif müraciətlər və eləcə də Sosial yardım almaq üçün dəfələrlə Kürdəmir rayon ƏSMM-də olmuşam. Zahirdən bu idarəyə baxanda hər şeyin normal getdiyini görürsən amma idarəyə daxil olduqda burda hər şeyin tamamən başqa cür cərayan etdiyinin şahidi olursan. Asif Abdullayev bu idarəni öz şəxsi obyekti kimi – bazar qanunarı ilə idarə edir. Bu mərkəzdə Asif Abdullayevin kabinetinə daxil olduqda çox iyrənc bir situatsiya ilə qarşılaşırsan. Asif Abdullayev öz otağında qəbul etdiyi vətənadaşlara yuxarıdan aşağı baxır və söyüşlə ədəbsiz ifadələrlə danışır. Bu şəxs yerli Kürdəmirliləri saymır və yuxardan aşağı baxır. Hər kəs Asif Abdullayevin o cür iyrənc hərəkətlərinə görə idarəyə müraciət etməyə utanc duyurlar. Və burda məndə olan digər məumatları da sizə çatdırıram. Asif Abdullayev necə deyərlər bu idarəni bir növ əxlaqsızlıq yuvasına çevirib. Bu insan yanına gələn qadınlara onunla yaxın münasibətdə olacağı təqdirdə onlara sosial yardım təyin edəcəyini vəd edir. Və həmin xanımlara öz telefon nömrəsini verərək onunla əlaqə saxlamasını tələb edərək daha sonra rayonun düz mərkəzində kirayə qaldığı evə dəvət edir. Və lazım gələrsə bunları sübut etmək üçün əlimizdə video görüntülər və audio yazılar da var. (etikanı gözləyərək həmin materialları təqdim etmirik hələ ki)
Bu idarədə işləyən hər bir kəs necə deyərlər sözün əsl mənasında iş başındadırlar. Harınlaşmış, əxalaqdan mənəviyyatdan uzaq ünvanlı sosial yardıma baxan işçilər – Nemət İsmayılov, Ramin Mürsəlov , Arzum Həmidov, Hamil Hidayətov və həmçinin idarənin sürücüsü işləyən İmaməddin İbrahimov ( bu şəxsin nazirə yaxın şəxs olduğu bildirilir və idarə daxilində necə deyərlər at oynadır) necə deyərlər hərəsi öz işində dırnaqarası qəhrəmandırlar. Sosial yardımın avtomatlaşdırılmasına baxmayaraq yuxarıda adları sadalanan şəxslər yenə də "köhnə üsul” ilə işləməkdədirlər amma bir az fərqli formada. Burada idarəyə sosial yardım üçün müraciət edən "münasib vətəndaşlardan” "işiniz keçəcəyi” təqdirdə 500-1000 manat rüşvət tələb edilir. Həmin şəxslər direktorun vuran əlləri hesab olunur. Ümumiyyətlə, bu idarəni vəzifəli şəxsləri barədə nazir Səlim Müslümova dəfələrlə məlumat verilsə də heç bir tədbir görülməyib. Görünür bu şəxsləri himayədarı Səlim Müslümov özü nazirliyin aparatının yüksək vəzifəli şəxsləridir.Mərkəzin direktoru Asif Abdullayev başda olmaqla yuxarıda adları sadalanan şəxslər xüsusən Nemət İsmayılov, Ramin Mürsəlov və İmaməddin İbrahimov haqda nazirliyə dəfələrlə müraciət edilməsinə baxmayaraq müraciətlər cavabsız qoyulur. Və belə görünür ki, nazir Səlim Müslümov ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların sosial – iqtisadi rifahı üçün verdiyi fərman və sərəncamlardan ya xəbərsizdi ya qulaq ardına vurur. Elə olmasaydı barələrində ittihamlar səsləndirilən şəxsləri vəzifə başında saxlamazdı.Lazım olan tədbirləri sizdən görülməsini sizdən tələb edirik.

Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova.

Cənab nazir Kürdəmir rayon Əhalinin sosial müdafiəsi mərkəzində baş verən çirkinliklərlə bağlı sizə bir neçə dəfə müraciət etməyimizə baxmayaraq müraciətimizi cavabsız qoyursuz, nəticə yoxdur. Onda belə çıxır ki , həmin Mərkəzdə baş verənlərə biləvasitə siz özünüz rəvac verirsiniz, siz özünüz şərait yaradırsınız.
Ünvanlı sosial yardım sahəsində yeni qaydaların tətbiqinə baxmayaraq Kürdəmir rayon əhalinin sosial müdafiəsi mərkəzində sosial yardımın pulla satılması davam etməkdədir. Necə deyərlər həmin mərkəzi bir bazar kimi düşünün. Sanki həmin idarə direktor Asif Abdullayevin şəxsi mülkiyyəti , işçiləri isə onun satıcılarıdır. Asif Abdullayev xidməti kabinentində sosial yardımı pulla alıb satmaqda davam edir. Kimin pulu varsa 1000 manatından keçməlidir. Pulu olmayan isə direktor tərəfindən təhqirlərə və təhdidlərə məruz qalır.

Mərkəzin işçilərindən köhnə dövrün qalıqları olan Arzum Həmidov,Hamil Hidayətov (Bu işçini siz vəzifəyə yeni olunanda işdən çıxarmışdınız, amma sonradan işə götürdünüz. Görünür sizin də burda marağınız var müəyyən qədər), Nemət İsmayılov və digərləri dəllallarla (maklerlə) əlbir olub sosial yardımı maddi vəsait qarşılığında düzəltməkdə davam edirlər. Maraqlıdır, cənab nazir siz bunları görmürsünüz? Nədən siz onların hərəkətlərinə göz yumursunuz? Məmur dövlət qulluqçusu vətəndaşlara vicdanla xidmət etməlidir. Daha sizin həmin mərkəzə təyin etdiyiniz işçilər kimi yox.
Biz sizdən həmin şəxslər barədə sərt tədbirlərin görülməsini tələb edirik.

Nazirin adamı Kürdəmirin mərkəzi məhəlləsində əxlaqsızlıq yuvası açıb. FAKTLAR.
Xeberman.com olaraq qarşı tərəfin də mövqeyini də dərc etməyə hazırıq.




Administratorla əlaqə

077 611-55-22

[email protected]