Ölkə

Kürdəmir Pasport Qeydiyyat Bölməsində nə baş verir? - NAZİRƏ ŞİKAYƏT

5-05-2016, 19:39

Baş leytenant Samir Məlikov şəxsiyyət vəsiqəsi üçün müraciət etmiş xanımların telefon nömrələrini alaraq, mütəmadi olaraq onlara zəng vuraraq, iyrənc təkliflər edir.

Kürdəmir rayon Polis Şöbəsinin Pasport Qeydiyyatı Bölməsinin əməkdaşından şikayət var. JAM.AZ-a verilən məlumata görə, baş leytenant Samir Məlikov şəxsiyyət vəsiqəsi almaq istəyən vətəndaşları haqsız yerə incidir.

Şikayətçilər qeyd edirlər ki, sözügedən şəxs özünə o qədər arxayındır ki, hətta saxta sənəd düzəltməkdən də çəkinmir. «Samir Məlikov vətəndaşlardan tələb olunan müvafiq arayış və sənədləri tələb etmədən, saxtakarlıqlar edir. Və Kürdəmir Polis Şöbəsinin Pasport Qeydiyyatı Bölməsində hər şəxsiyyət vəsiqəsi üçün konkret «haqq» qoyub».

JAM.AZ-a şikayət məktubu ünvanlayan Kürdəmir sakinlərini narahat edən və qəzəbləndirən əsas məsələ Samir Məlikovun şəxsiyyət vəsiqəsi üçün müraciət edən xanımlara göstərdiyi eybəcər münasibətdir. «Samir Məlikov şəxsiyyət vəsiqəsi üçün müraciət edən xanımların telefon nömrələrini götürərək, onlara davamlı olaraq zəng edib, narahat edir. Zəng etməkdə məqsədi isə intim münasibət təklif etməkdən ibarətdir. Artıq Kürdəmirdə xanımlar Polis Şöbəsinə ayaq basmağı özlərinə utanc hesab edirlər. Çünki hamı bidlir ki, Samir öz iş otağını əxlaqsızlıq yuvasına çevirib. Bunu sübut etmək üçün əlimizdə kifayət qədər məlumat var».

Şikayətçilər deyirlər ki, polis zabiti bu hərəkətlərini kimsədən gizlətmir və açıq şəkildə bildirir ki, qorxmamasının səbəbi arxasında güclü adamların dayanmasıyla bağlıdır. Daxili İşlər naziri, Cənab Ramil Usubova müraciət edən Kürdəmir sakinləri nazirdən xahiş edirlər ki, Samir Məlikovla bağlı sərt tədbirlər görsün. «Cənab nazir, sizdən xahiş edirik ki, Samir Məlikovla bağlı sərt tədbirlər görəsiniz. Bu adam artıq Kürdəmirdə insanların heysiyyatı ilə oynayır.

Ümid edirik ki, Siz bizim xahişimizi eşidib, addım atacağıq. Əks təqdirdə, mübarizəmizi başqa müstəvidə aparmaq məcburiyyətində qalacağıq».

Qarşı tərəfi də dinləməyə hazırıq. (JAM.az)

Administratorla əlaqə

077 611-55-22

[email protected]