İslam

İslam dininin tarixdə yeri

17-04-2016, 14:09

Tarixdə İslamın ortaya çıxması xristian və budduizm dininə nisbətən daha çox dramatik olmuşdur.İslam dini əvvəlcə xristianlığın meydana gəlməsi prosesi haqqında çox qısada olsa məlumat verir.Məryəm oğlu İsanın peyğəmbərlik vəzifəsinin ilahi missia olduğunu göstərməyə çalışır.Məryəm oğlu İsanın həyatı və fəaliyyəti barədə İncil məlumat verir.İncil həm də Müqəddəs Kitab Yevanqeliya adlanır.Bundan başqa tarixi mənbələr demək olar ki,yoxdur.İsa haqqında qısada olsa məlumat tarixi mənbələrdə yunan,latın,yəhudi dillərində gəlib çatmışdır.Budduizm dininin banisi Qaumatanı İsadan fərqləndirən cəhət yaşadığı dövrdə görkəmli ictimai fiqur olmasıdır.Qaumatanın digər fərqi bunda idi ki,tərki dünya həyat sürsədə,hökmdarlarla ünsiyyət saxlamışdır.Çünki Qaumatanın atası hökmdar olmuşdur.Həm budduizm  həm də xristianlıq bir neçə əsr yayıldığı ərazidə siyasi gücə malik olmamışlar,həm də praktiki siyasət ilə məşğul olmamışlar.Yalnız hökmdarlar bu dinləri qəbul etdikdən sonra siyasi həyata cəlb edilmişdilər.Aşoka Budduizmi,Konstantin isə xristianlığı qəbul etdikdən sonra xristianlıq və budduizm siyasi nailiyyət qazandılar.İslam dini isə əvvəlcə zəif olsa da,siyasi həyatda fəallıq göstərdi.Abdullahın oğlu Məhəmməd görkəmli dövlət xadimi kimi,həm də sərkərdə kimi böyük uğurlar qazandığı üçün İslam dini böyük təsir gücünə malik oldu.Məhəmməd yəhudilik,xristianlıq,zərdüştlik dininin təmsilçilərini öz dini ayinlərini icra etməkdə sərbəst olacaqlarını bildirdi,amma İslam dövlətinə tabe olarlarsa.Busərbəstlikdə məqsəd  İslamı məcbur olaraq yox sevərək qəbul etdirmək idi.Bucəhət Məhəmmədin digər dinlərə qarşı dözümlü olduğunu göstərirdi.Yəhudi,xristian,zərdüştlik dinlərinin varlığının qoruya bilməsinin səbəbi də Məhəmmədin dözümlü olması idi.A.Toynbi  Məhəmmədi peyğəmbər olaraq yox ,praqmatik lider kimi qəbul edirdi.Məhəmmədin vəfatından sonra İslam sivilizasiyası XIII-cü əsrə kimi yüksəldi.Monqol sərkərdəsi Xaluqu Abbasilərin dünya  imperiyasının qalıqlarını məhv etdi və beləliklə İslam sivilizasiyası yüksəlmək əvəzinə tənəzzül etdi.

Vüsal Süleymanov

Administratorla əlaqə

077 611-55-22

[email protected]