İslam

“İslam Birliyi və İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan gənclərinin tarixində İran İslam Respublikasının Qum, Tehran, Məhşəd şəhərlərinə ziyarət səfəri

16-06-2015, 08:52

“İslam Birliyi və İnkişafı” İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən səfər İran İslam İnqilabının banisi Ayətullah - əl – uzma Seyyid Ruhulla Xomeyninin ildönümü və İmam Məhdinin (ə.f.) mövludu ilə əlaqədar, eyni zamanda Azərbaycan və İran gəncləri arasında münasibətlərin möhkəmlənməsi məqsədi daşıyır. Səfər çərçivəsində gənclər Qum şəhərində yerləşən Əl-Mustafa Universiteti, İmam Murseyi-Kazimin (ə) qızı Xanım Məsumənin (s.ə.) hərəminin ziyarəti, Tehran şəhərində İran İslam Respublikasının Ali Dini Lideri Seyyid Əli Xameneyi Həzrətlərinin “İmam Xomeyninin ildönümü ilə əlaqədar” məclisində iştirak, Məşhəd şəhərində İmam Rzanı (ə) ziyarət etmiş və Məşhəddə yerləşən Firdovsi Universitetində və İranda təhsil alan tələbələrlə görüşlər keçirilmişdir.
Səfərdə Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana təcavüzü və təcavüz nəticəsində torpaqlarımızın 20 %-nin işğal olunması, müharibə zamanı azərbaycan müsəlmanlarına qarşı törədilən vəhşiliklər barədə geniş məlumat verilmişdir. Və eyni zamanda Azərbaycanda mövcud Tolerantlığın və dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, Ölkə başçısı Cənab İlham Əliyevin İslama və digər dinlərə göstərdiyi diqqət və qayğı İran gənclərinin diqqətinə çatdırılıb. Səfər zamanı görüşlərdə öz çıxışında “İslam Birliyi və İnkişafı” İctimai Birliyinin sədiri Seyyid Kənan Əliyev ermənilərin azərbaycan müsəlmanlarına qarşı tarix boyu törədilən soyqrım haqqında geniş məlumat verərək, bu cinayətə Dünya Birliyi tərəfindən hüquqi qiymətin verilməməsi və Dünya İctimaiyyətinin Azərbaycana qarşı yürütdüyü ikili standart siyasətinə son qoyulmasının vacib olduğunu vurğulamış və Müsəlman ölkələrinin birləşərək İslama, müsəlmanlara qarşı yürüdülən ikili standartlara öz etirazlarını birlikdə bildirməli olduğunu bildirdi. Birliyin sədri Sovetlər dönəmində dini vəziyyət və Azərbaycanın müstəqillik əldə etdiyi dönəmdən sonra İslamın dirçəlişi, məsçidlərin bərpası və yeni məsçidlərin tikintisi haqqda geniş məlumat verdi.
Səfərin nəticəsi olaraq Azərbaycan və İran gəncləri arasında humanitar sahədə fikir mübadiləsinin aparılması, iki ölkə gəncləri arasında tədbirlərin təşkil olunması, gələcəkdə hər iki ölkə gənclərinin Azərbaycan və İran haqqında bütün sahələrdə geniş informasiyanın əldə olunması üçün böyük əhəmiyyət daşıyır.






Administratorla əlaqə

077 611-55-22

[email protected]