Yazarlar

İlahiyyatçı- yazardan Yeni il açıqlaması

25-12-2015, 20:15

İlahiyyatçı-yazar Mahir Şəkərov Yeni ilin gəlişi ,mahiyyəti ilə bağlı araşdırma aparmış və "Uluyol.info"oxucularına  yazıını təqdim edirik:


Artıq bir neçə gün sonra Azərbaycan xalqı miladi təqvimlə 2016-ci ilə qədəm qoyacaq.Dünya əhalisi ilin hesablanması üçün müxtəlif təqvimlərdən istifadə edir.Bildiyimiz kimi İslam aləmində qəbul olunan təqvimin başlanğıcı-hicrətdən, yəni Həzrət Məhəmmədin (s) Məkkədən Mədinəyə köçməsi ilə başlayır.Bu təqvim hicri təqvimi adlanır.Hicri təqvimi özü iki yerə bölünür: Hicri qəməri və hicri şəmsi.Hicri qəməri ayın yer ətrafında, şəmsi təqvimi isə yerin günəş ətrafında hərəkət etməsi ilə hesablanır.Müsəlmanlar öz ibadətlərini hicri təqvimi ilə yerinə yetirirlər.Elə buna görə də hicri qəməri təqviminə islam təqvimi də deyilir.Miladi tarixi kimi hicri tarix də on iki aydan ibarətdir.Ərəb dilində "bayram" sözü "eyd" kəlməsi ilə ifadə olunur.Lüğətdə "eyd" qayıdış mənasını verir.Dilçi alimlərin qeyd etdiyinə görə, hər il bayram eyni gündə təkrar olduğu və sanki qayıtdığı üçün ona bu ad verilib.

Qurani-kərimdə bayram-yəni eyd kəlməsi Həzrəti İsanın (ə) bir möcüzəsi ilə bağlı işlədilir: "Məryəm oğlu İsa dedi:Ey Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Sənin qüdrətindən bir möcüzə olsun.Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” (Maidə sürəsi,114-cü ayə)

İsa peyğəmbərin həvariləri ondan bir möcüzə göstərməsini tələb etmiş və möcüzə olaraq səmadan yeməklə dolu bərəkətli bir süfrə enməsini istəmişdilər.Peyğəmbərin bu duası ilə onların istəyi həyata keçdi.Ayədən görünür ki, Allahın nişanəsi olan süfrənin göndərilməsi İsa peyğəmbərin(ə) təbiri ilə bayram sayılmışdır.

Maraqlıdır ki,Yeni ili bayram edənlərin əksəriyyətinin Yeni il ilə bağlı ən səthi məlumatları belə yoxdur.Əvvəla bunu bilmək lazımdır ki,Yeni il İslamın gətirdiyi bayram deyil.İslam dini bu bayramı bəyənmir,qəbul etmir və dəstəklənmir.

Yeni il adətini qəbul edən,Roma katolik ensiklopediyasına görə "müqəddəs gün" maddəsində köhnə katolik papalarından olan Origen yazır: "Bu mərasimlər sadəcə Firon və Nəmrud kimi zalımların öz doğum günlərini qeyd etmələrindən və xalqa qeyd etdirmələrindən ibarətdir.”
Burada bir neçə məsələ önə çıxır.

Bəzilərinə "Yeni ilin islam bayramı olmadığını və bunu keçirməyin lüzumsuz olduğunu bildirəndə," Yeni ili keçirmədiyini,Həzrəti İsa (ə) mövludunu qey etdiyini" deyir.Bunu bilmək lazımdır ki,qeyri-İslami mənbələrə əsasən Həzrəti İsanın (ə) doğum günü dəqiq bilinmir.Qərb kilsələri 25 dekabrı doğum günü tarixi qəbul etdiyi halda,şərq kilsələri bu tarixi 6 yanvar olaraq qəbul etməkdədirlər.Heç bir xristian keşişi Yanvar ayının 1-ni Həzrəti İsanın (ə) təvəllüd günü kimi qeyd etmir.Doğum gününün hansı tarixdə olduğu ilə bağlı Dekabrın 25-26-27-si,Yanvar ayının isə 6-sı ilə bağlı iddialar önə sürülür.Lakin heç bir mənbə 1 Yanvar tarixini milad tarixi kimi qeyd etmir.İslami mənbələr isə Həzrəti İsanın (ə) doğum tarixini yanvarın 1-i olaraq deyil,dekabrın 25-i olaraq qəbul edir.Yəni İsa (ə)-ın doğum günü Yanvarın biri yox,Dekabrın 25-dir.Gəlin səmimi olaq.Əgər bayramdan məqsəd peyğəmbər mövludu keçirtməkdirsə,niyə bu bayram Həzrəti İsanın (ə) doğum günündə deyil,bir həftə sonra qeyd olunur? Yox əgər məqsəd başqadırsa,o zaman buna "mövlud" adı verməyin heç bir mənası yoxdur.

Yeni ildə bəzədilən yolka ağacını Həzrəti Məryəm və Həzrəti İsa (ə) ilə əlaqələndirmək istəyənlərin fikrini Qurani-Kərim qəbul etmir.Çünki Qur'an isa peyğəmbərin küknar ağacının altında deyil,xurma ağacının altında dünyaya gəldiyini qeyd edir.

Qurani-Kərim bu hadisəni belə izah edir: "Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi.Məryəm uşaq anadan olandan sonra atası bilinmədiyi üçün cahil insanların dedi-qodusuna səbəb olacağından əndişəyə düşüb dedi:Kaş ki mən bundan əvvəl öləydim və ya təmamilə unudulub getmiş olaydım!" "Dərhal ona belə bir nida gəldi:Kədərlənmə,Rəbbin sənin üçün ayağının altından bir arx axıtdı.Qurumuş xurma ağacını özünə tərəf silkələ,üstünə təzə yetişmiş xurma tökülsün! Xurmadan və sudan ye-iç,belə bir uşaq dünyaya gətirdiyinə görə gözün aydın olsun.” (Məryəm sürəsi 23-26-cı ayələr)

Gördüyünüz kimi Quranın dediyi kimi İsa peyğəmbər (ə) bu gün yolka kimi adlandırılan küknar ağacının altında yox,xurma ağacının altında dünyaya gəlib.Əgər məsələ ilin dəyişməsi ilə əlaqəlidirsə,bu bayram sayılmır.Yox əgər təbiətlə bağlıdırsa,bu yenə təbiətin yenilənməsi ilə təzad təşkil edir,çünki hər yer donur və soyuq,səssizlik,donuqluq hər yeri əhatə edir.Yox əgər məqsəd həzrəti İsa (ə) üçün mövlud keçirməkdirsə,onda bunu öz vaxtında keçirmək lazımdır.Bunu da qeyd etmək yerinə düşər ki Həzrəti Peyğəmbər (s) buyurur:"Hər kim özünü bir qövmə bənzədərsə, o qövmdən hesab olunar".

Əhli-beytdən gələn hədisə əsasən bayram günahsız keçən günümüzdür. Həzrəti Əli (ə) buyurur:Günahsız keçən hər gün bayramdır.Deməli bayramın əsl mahiyyəti yemək,içmək,əylənmək deyil,Allah buyuruqlarına əməl etməkdir.Günahsız keçən hər günümüz mübarək olsun!

Administratorla əlaqə

077 611-55-22

[email protected]