Ölkə

HACIQABUL XƏSTƏXANASINDA RÜŞVƏT TÜĞYANI - VİDEO

6-04-2016, 23:02
Doğum şöbəsinin müdiri Rəfiqə Həmzəyeva bir ailəni necə sələmə salıb?

Ölkəmizin səhiyyə sistemindəki problemlərin, daha dəqiq desək rüşvət və korrupsiya hallarının kökünü birdəfəlik kəsmək hələ ki, mümkün deyil. Belə ki, hazırda dövlət büdcəsindən maliyyələşən səhiyyə müəssisələrinin əksəriyyətində müxtəlif qanun pozuntuları mövcuddur. Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində yaşanan acınacaqlı vəziyyətlə bağlı məlumatlar daxil olub. Rayon sakini Xatirə Hüseynova videomüraciətində bildirir ki, doğum şöbəsinin müdiri Rəfiqə Həmzəyeva ondan qızının qeysəriyyə əməliyyatı üçün 600 manat tələb edib və alıb. Şikayətçi deyir ki, bu günə qədər hələ də həmin pulun sələmini verir: «Şöbə müdirinin tələb etdiyi puldan 100 manat çatmırdı. Buna görə də qızımı doğuşa götürmürdülər. Birtəhər borc-xərc pulu tapıb verdim. Rəfiqə xanımın bu işlərdə əsas köməkçiləri Sevinc Məmmədova və Sevil həkimdir». Vətəndaş videomüraciətində başına gələnləri ətraflı şəkildə danışıb. Həmin görüntüləri və doğum şöbəsində həkimlərin vətəndaşdan rüşvət istəməsi barədə görüntüləri sizlərə təqdim edirik. Qarşı tərəfi də dinləməyə hazırıq. P.S. Qeyd edək ki, adı rüşvət qalmaqalına qarışan Rəfiqə Həmzəyevanın həyat yoldaşı Ağalar Quliyev Hacıqabul Dəmiryol Xəstəxanasının baş həkimidir. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]