Nardaran Bilik Evində müəllimlərlə görüş keçirildi
Görüşdə təhsilin inkişafı,
məktəblilərin vətənə yararlı şəxs olaraq yetişdirilməsində ailənin, təhsil
ocaqlarının, həmçinin cəmiyyətin rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün əsas məqsədlərindən biri də, yerli müəllimlərə Azərbaycan Respublikasının
Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən onların ehtiyac
duyduqları istiqamətlərdə maarifləndirici, peşəkarlığın inkişaf etdirilməsinə
xidmət edəcək təlim kurslarının keçirilməsi haqda məlumatların verilməsi idi.
Qonaqları salamlayan Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbin direktoru,
millət vəkili Dilarə Cəbrayılova gənc nəslin
tərbiyəsində təhsillə yanaşı, mütəmadi olaraq maarifləndirici tədbirlərin də
keçirilməsinə böyük ehtiyac olduğunu bildirib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Bilik
Evində təşkil olunacaq təlimlərin faydasından, yerli əhalinin Bilik Evinə cəlb
olunmasının yollarından danışıb.
Pedaqoji kadrların peşəkarlıq səviyyəsinin inkişaf
etdirilməsinə xüsusi diqqət ayrılmasının vacibliyindən söz açan Təhsil Problemləri
İnstitutunun direktor müavini Faiq Şahbazlı müəllimlərin müxtəlif təlimlərdə
fəal iştirakının səmərəsini və bunun təlim nəticələrinin yüksəldilməsində
əhəmiyyətini vurğulayıb.ARTPİ-nin
şöbə müdirləri Afaq Əliyeva və Elxan Bəylərov da, çıxışlarındaqeyd ediblər ki,
şagirdlərin dəyərlərə və səriştələrə malik şəxsiyyət kimi formalaşmasında
təhsilin və təhsilverənlərin keyfiyyətinin yüksəldilməsinin müstəsna rolu
vardır.
Çıxış edənlər son günlərdə cəbhədə baş verən hadisələrdən və Azərbaycan Ordusunun uğurundan söz açaraq ali baş komandan, prezident cənab İlham Əliyevin qətiyyətli siyasətinin xalqımız tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıblar.
Tədbirdə "Ümumtəhsil məktəblərinin pedaqoji kadrlarının peşəkar inkişafı” mövzusunda Bilik Fondu və Təhsil Problemləri İnstitutunun birgə keçirməyi planlaşdırdığı seminar-treninqlər barədə iştirakçılara geniş məlumat verilib.
Təhsil sistemindəki islahatlardan və onların təlimin keyfiyyətinin yüksəldilməsində faydasından, həmçinin qarşıya çıxan problemlərdən bəhs edən Nardaran müəllimləri böyük həvəslə təlimlərə qatılacaqlarını bildiriblər.
Görüşün sonunda müəllimlər sorğu vərəqələrini doldurub və əsas onların maraq dairəsini əhatə edən məqamları qeyd ediblər.
Qeyd edək ki, müəllimlərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Bilik Fondu ilə ARTPİ-nin birgə layihələri yalnız Bakı və ətraf qəsəbələrdə deyil, eləcə də bütün regionlarda təşkil olunacağı planlaşdırılır.