Layihə

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)

4-06-2016, 23:52

 

 

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)04 iyun 2016-cı il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin Nərimanov rayonunda yerləşən binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Gənclərin Bilik Olimpiadası”adlı layihənin növbəti seçim turu keçirilib.

Seçim turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, İdarənin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)Ləman Muradova, "Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə-Gənclər Təşkilatının fakultə sədri Rəsul Həşimov və fəal tələbələr iştirak etmişdir.
İlk öncə qonaqları salamlayan Universitetin Tələbə – Gənclər Təşkilatının fakultə sədri Rəsul Həşimov tədbirin “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq.
Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş "Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)məlumat vermişdir. R.Bayramov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir.

Rəsmi hissədən sonra "Gənclərin Bilik Olimpiadası”nın növbəti seçmə turuna start verilmişdir. Qeyd edək ki, layihə “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir və Azərbaycan Dövlət İqtisad Universiteti artıq yeddinci təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan Kooperasiya Universitetində, ikinci seçmə turu Bakı Biznes və Kooperasiya Kollecində, üçüncü seçmə turu "Bakı Avrasiya” Universitetində, dördüncü seçmə turu Bakı Sosial Pedaqoji Kollecində, beşinci seçmə turu "Təfəkkür” “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)Universitetində, altıncı seçmə turu isə "Odlar Yurdu” Universitetində keçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi keçiriləcəkdir. "Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr "Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.

“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)
“Gənclərin Bilik Olimpiadası”nın növbəti seçim turu keçirildi (FOTO)

Administratorla əlaqə

077 611-55-22

[email protected]