İslam

İlqar İbrahimoğlu: "Qarabağ bizim canımızdır."

4-04-2016, 19:46

Xeberman.com xəbər verir ki, İlqar İbrahimoğlu video vasitəsi ilə insanlara müraciət edərək cəbhədə baş verən olaylardan danışıb. Həmin müraciətin mətnini sizə təqdim edirik; "Qarabağ hər bir azərbaycanlı iman insanı üçün həyat məsələsidir və "Qarabağ - bizim canımızdır". Əslində dünya çapında Fələstin və Qüds dünya müsəlmanları üçün nədirsə, Azərbaycan müsəlmanı olaraq Qarabağ bizim üçün odur. Qarabağ gündəlik ibadətlərimizdə və həyatımızda ən önəmli yer tutan mövzudur və daima bizim üçün önəmli olub. Dəyərli müctəhidlərimiz Qarabağla bağlı fətvaları və orada dünyasını dəyişən əsgərlərimizin şəhid hesab edilmələri mütləq formada xatırlanmalıdır. "Biz əminik ki, Qarabağ mütləq azad ediləcək. Allahdan istəyimiz budur ki, bunun baş verməsi daha da tez olsun. Lakin bunun üçün ilk öncə xalqımız bəsirətli, ayıq və tədbirli olmalıdır. Müharibə də, bütün məsuliyyətli işlər kimi, xüsusi bir idarəetmə və ölçmə-biçmə istəyir. Sözsüz ki, dünya güclərinin burada öz maraqları var. Aydındır ki, bu məsələdə Rusiyanın yeri özünəməxsus olub və təsirini göstərib. Yəni müharibədə biz təkcə Ermənistanla üz-üzə olmamışıq. Günümüzdə həmişəki kimi, ABŞ-ın da regionda maraqları da mövcuddur. Lakin bizim üçün bu mövzuda iki qardaş ölkənin təsiri və fikirləri çox önəmlidir. Bu ölkələr – İran və Türkiyədir. Onlardan gözləntimiz çoxdur. Qarabağ məsələsində Türkiyə və İranın həm yanaşması, həm də aktiv dəstəyi indikindən qat-qat çox olmalıdır”. İlqar İbrahimoğlunun sözlərinə görə, baş verənlərə bəsirətli və agah münasibət mütləq sərgilənməlidir: "Yalnız emosiyalarla və pafoslarla deyil, mütləq tədbirli yanaşma ilə məsələlərə yanaşsaq, mütləq nəticə əldə edəcəyik. Ədalətli sülh və müzakirələr – çox önəmlidir. Lakin böyük alimlərimizin də hər zaman buyurduqları kimi, ədalətli sülh və müzakirələrin ən keyfiyyətli halda baş tutması üçün biz mütləq müharibəyə hazır olmalıyıq. Müharibəyə hazır olmasaq, güclü olmasaq müzakirələrin effektivliyi olmaz. Eyni zamanda, ədalətli sülhün nail olunmasına imkanlarımız çox az olar”. (İslaminsesi)

İlqar İbrahimoğlu: "Qarabağ bizim canımızdır."

Administratorla əlaqə

077 611-55-22

[email protected]