Siyasət

İlahiyyatçı ruhani cəbhdə baş verənlərdən danışdı: "Bu yekun deyil, başlanğıcdır."

6-04-2016, 17:42

Azərbaycanın tanınmış ruhanisi Hacı İlqar İbrahimoğlu Səhər Beynəlxalaq Televiziyasının Kompas verilişinə cəbhədə baş verənlərlə bağlı telefon vasitəsi ilə müsahibə verib. 

Səhər Beynəlxalq Televiziyasının Kompas verilişinə telefonla qatılan Azərbaycan Respublikası Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi DEVAMM-ın sədri Azərbaycan ordusunun cəbhə bölgələrindəki son qələbələrinə toxunaraq deyib: "Ordu Azərbaycan ərazisini azad etmək iqtidarında olduğunu sərgilədi."

Hacı İlqar İbrahimoğlu Azərbaycan və Ermənistan arasında Qarabağda cəbhə bölgəsində bir neçə gün ağır hərbi toqquşmalardan sonra atəşkəsin elan edilməsinə toxunub və deyib: "Bu yeni addım ermənilərin işğal etdiyi Azərbaycan Respublikası ərazilərinin azadlığı üçün ciddi addımların başlanğıcıdır."

Tanınmış ruhani beynəlxalq dairələrin Ermənistanın işğalçılıq hərəkətlərinə tərəfdarlıq nümayiş etdirən mövqelərini tənqid atəşinə tutub: "Qarabağ islam dünyasının ərazisidir və şiəlik məktəbindədir, din böyüklərinin buyurduğu kimi bu ərazinin azadlığı üçün cihad və mübarizə cihad və şəhidlik fəzilətinə malikdir."

Hacı İlqar İbrahimoğlu Ermənistanın işğalçılıq davranışı, bu ölkə silahlı birləşmələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki cinayətlərini sionistlərin işğal olunmuş Fələstin və Qəzzə zolağındakı cinayətlərinə bənzədib və deyib: "Bu rejimin sabiq başçılarından birinin Azərbaycan Respublikası qüvvələrini terrorçu adlandırmasına dair son açıqlaması bu rejimin işğalçılıq və terrorçuluq mahiyyətini bir daha hamıya sübut etdi və bu rejimin terrorçular və işğalçıları dəstəklədiyini bəlli etdi."

Hacı İlqar İbrahimoğlu Azərbaycan Respublikasını dəstəklədiyinə görə İran İslam Respublikasının mövqeyini alqışlayıb və deyib: "Səhər Beynəlxalq telekanalı insafən münaqişədə Azərbaycanın məzlum xalqının dəstəklənməsində çox dəyərli funksiyaya malik oldu və malikdir."

DEVAMM sədri işğal olunmuş Qarabağın azad olunmasını Azərbaycan Respublikasının əsaslı məsələlərindən və bütün vətəndaşların ciddi tələblərindən olduğunu bəyan edərək deyib: "Azərbaycanın dini ictimaiyyəti işğal olunmuş ərazilərin azad olunması üçün ölkə hakimiyyətinin səy göstərməsini tələb edir və bu barədə hökumətlə əməkdaşlıqda heç bir səyi əsirgəməyəcək." (azeri.sahartv.ir)

İlahiyyatçı ruhani cəbhdə baş verənlərdən danışdı: "Bu yekun deyil, başlanğıcdır."

Administratorla əlaqə

077 611-55-22

[email protected]