Gündəm

Eldar Qasımovun "Silahı yerə qoyun" sözü ciddi etirazlara səbəb oldu.

4-04-2016, 13:06

"Zorakı yolla dinc razılaşmalara nail olmaq mümkün deyil."

Xeberman.com xəbər verir ki, bu barədə "Sputnikə" "Eurovision" müsabiqəsinin qalibi Eldar Qasımov bildirib.

Onun sözlərinə görə, indi bütün dünyada vəziyyət qeyri-sabitdir, regionumuz da gərgin vaxtlarını yaşayır.

"Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağı və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyi çağırıram".

Qeyd edək ki, Eldar Qasımovun bu sözləri sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.

Eldar Qasımovun "Silahı yerə qoyun" sözü ciddi etirazlara səbəb oldu.


Administratorla əlaqə

077 611-55-22

[email protected]