Əsas Səhifə / Ölkə

Astaranın icra başçısının ilginc videosu yayıldı - Dövlət tədbirlərindənsə...

22-12-2015, 07:47
Astaranın icra başçısının ilginc videosu yayıldı - Dövlət tədbirlərindənsə...2 il öncə də Qəzənfər Ağayev Qurtuluş Gününü unudaraq, başı öz əyləncəsinə qarışıb

Bu gün Ulu Öndər Heydər Əliyevin vəfatından 12 il ötür. Paytaxtda və respublikanın bütün bölgələrində anım mərasimi keçirilib. Lakin Astara da icra başçısı Qəzənfər Ağayev mərasimi tezliklə tərk edib. Bu barədə Bolgexeber.com-a məlumat daxil olub. Redaksiyamıza göndərilən qısa videosüjetdə icra başçısının xidməti maşınla rayonda çıxdığı görüntülənib. Anım mərasimini yarımçıq tərk etməyə vadar edən səbəblər isə məlum deyil.
Qeyd edək ki, 2 il öncə də Qəzənfər Ağayev Qurtuluş Gününü unudaraq, başı öz əyləncəsinə qarışıb. Xatırlatmadan sonra onun yadına düşüb ki, rayonda tədbir keçirmək lazımdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]