Ölkə

İcra başçısının iclasında nümayəndəsini həbs etdilər - ZƏRDABDA

26-06-2016, 19:55

Ağdaş Polis Şöbəsinin əməkdaşları Əşrəf İbrahimovu İcra Hakimiyyətinin zaldan aparıblar.

Zərdab rayonunda indiyə qədər baş verməyən hadisə qeydə alınıb. JAM.AZ xəbər verir ki, dünən rayon İcra Hakimiyyətinin binasında keçirilən iclas zamanı Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları içəri daxil olaraq, icra nümayəndələrindən birinin qoluna qandal vuraraq, aparıblar.

Rayondan JAM.AZ-a verilən məlumata görə, həbs olunan məmur Zərdab rayonunun Bıçaqçı kəndinin icra nümayəndəsi Əşrəf İbrahimovdur. Maraqlıdır ki, bu əməliyyat İcra Hakimiyyətinin binasında dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar iclas zamanı keçirilib. Əşrəf İbrahimovun hansı səbəbdən həbs olunması hələlik məlum deyil. (JAM.AZ)

Administratorla əlaqə

077 611-55-22

[email protected]