Gündəm

Sumqayıt polisi Binəqədi icra hakiminin müavinini saxlayıb – GƏRGİNLİK

5-06-2016, 11:19
Sumqayıt polisi Binəqədi icra hakiminin müavinini saxlayıb – GƏRGİNLİK
Süleymanov İlqar Qəzənfər oğlu

Süleymanov İlqar Qəzənfər oğlu

Bu barədə 24saat.org-u bilgiləndirən özəl mənbənin sözlərinə görə, buna səbəb Z.Fərəcovun bir neçə gün bundan öncə şəhərin Novxanı çimərliyi istiqamətindəki girişinə "Sumqayıt” sözü yazılan lövhə quraşdırması olub. Bununla "Spring” oteldən şəhərə doğru ərazilərin Sumqayıta məxsus olduğunu simvollaşdıran Z.Fərəcovun bu addımı X.İsgəndərovun qəzəbinə səbəb olub. Nəticədə cənab İsgəndərov Fərəcovun qoydurduğu həmin lövhəni götürmək barədə tapşırıq verib.

Xüsusi texnikalarla əraziyə gələn Binəqədi İH əməkdaşlarını burada Sumqayıt polisi qarşılayıb. Nəticədə iki tərəf arasında ən yüksək səviyyədə qarşıdurma yaranıb.

 

24ssat.org saytının əldə etdiyi məlumata görə, hadisə zamanı hər iki tərəfi təmsil edən iki mülkügeyimli şəxs Binəqədi polis idarəsiinin rəis müavinin maşınına mindirilərək ərazidən uzaqlaşdırılıb. Həmin şəxslərin kimliyi barədə dəqiq məlumat almaq mümkün olmayıb. İddiaya görə, onlar hər iki İH-nı təmsil edən icra nümayəndələri olub.

Lakin məsələ ilə bağlı araşdırma aparan zaman daha ciddi məqamın üzə çıxmasının şahidi olmuşuq. 24saat.org saytına məlumat verən etibarlı mənbənin sözlərinə görə, Fərəcovun qoydurduğu lövhəni uçurtmağa gələn şəxslər arasında olan və bu işə nəzarət edən Binəqədi İH başçısının birinci müavini Süleymanov İlqar Qəzənfər oğlu Sumqayıt polisi tərəfindən saxlanılaraq Polis idarəsinə aparılıb. Əldə etdiyimiz məlumata görə, İ. Süleymanov burada 1 gün saxlanıldıqdan sonra, 30.05.2016-cı il tarixində sərbəst buraxılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]