Foto Fakt

Abşeronda Heydər Əliyevin posterini hansı məmur söküb?- FOTOFAKT

13-03-2016, 17:13
Abşeronda Heydər Əliyevin posterini hansı məmur söküb?- FOTOFAKT
Məlumatda vurğulanır ki, 1948-52-ci illərdə qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın kompakt yaşadığı Mehdiabad qəsəbəsi məmur harınlığından və məsuliyyətsizliyindən indi xarabalığa çevrilib. Abşeron RİH başçısının qəsəbə üzrə nümayəndəsinin və bələdiyyə sədrinin başı torpaq alverindən açılmadığına görə yaranmış problemlər daha da böyüyüyb. Belə ki, hal-hazırda qəsəbədə bir dənə də olsun normal bağça yoxdur. Qəsəbə daxili marşrut xətti, avtomobil yolu, kanalizasiya və su xəttindən isə söhbət açmağa dəyməz.
 
Məktubda sosial problemlərdən geniş bəhs olunduqdan sonra isə ilginc bir fakta toxunulur.
 
Qeyd olunur ki, Mehdiabad qəsəbəsinin girişində, artıq neçə illərdir ki, qəsəbənin simvoluna çevrilmiş Ulu Öndər Heydər Əliyevin posteri bir ildən artıqdır ki, rəhbərlik tərəfindən sökülüb. Məmur qudurğanlığının və tamahkarlığının qurbanına çevrilən bu posterin yeri indi dayanacaq kimi fəaliyyət göstərir.
 
Faktla bağlı Abşeron rayon icra hakimiyyətinə - 012 341 02 03 nömrəsinə- zəng vurub yaranmış vəziyyətə izah istədik. Bizi dinləyən xanım sonda bu məsələyə münasibət bildirməyə səlahiyyətinin olmadığını dedi. Sonrakı zənglərimiz isə cavabsız qaldı.
 
Qlobal.az saytı olaraq güman edirik ki, 300 minlik əhaliyə rəhbərlik edən bir qurumda- Abşeron RİH-də yəqin ki, tamahının əsirinə çevrilməmiş və məsuliyyət hissini unutmamış vicdanlı məmurlar yox deyildir. Və o məmurlar bu ölkənin hər bir diyarında- hər bir zirvəsində adının, posterinin, heykəlinin olmağını əbədi haqq etmış Ən Böyük Azərbaycanlının- Ulu Öndər Heydər Əliyevin posterini Mehdiabad qəsəbəsinin girişində yenidən bərpa edəcəklər.
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Qlobal.az
 






 

Administratorla əlaqə

077 611-55-22

[email protected]