Ölkə

Mikayıl İsmayılovun Ağsu macəraları: sahibkara necə zülm edilir?

27-06-2016, 19:40
Ağsu rayonunda məmur özbaşınalığı ilə bağlı mediada müntəzəm yazılar dərc olunur. Bu yazılarda daha çox nazir Səlim Müslümov, rayon icra başçısı Ənvər Seyidəliyev və bu iki şəxsə bağlı məmur komandasından bəhs olunur. Ancaq Ağsuda baş verənlər bu iki dayı-bacıoğlu mafiyası ilə məhdudlaşmır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatlarda rayonun hakimi-mütləq şəxsləri arasında dövlət neft şirkətinin vitse prezidenti Mikayıl İsmayılovun da adı çəkilir: "Mikayıl İsmayılov əslən Ağsuludu. Mikayıl İsmayılov Azərbaycan dövlətinin büdcəsinin formalaşmasında həlledici rol oynayan dövlət neft şirkətinin vitse prezidentidir.Mikayıl İsmayılov Ağsunun Hacıqədirli və Sarvan kəndlərinin ərazisində əhalinin ümumi istifadəsində olan örüş və pay torpaqlarını zor gücünə əllərindən alaraq, orada böyük mal ferması tikdirir. Hələ bu azmış kimi həmin fermaya gedən yolun asfaltlaşması üçün əhalinin əkin torpaqlarının üst qatını zədələyərək oraya torpaq daşıtdırıb”.
Ancaq Ağsuda M.İsmayılovun əməlləri bununla yekunlaşmır. Belə ki, Ağsu rayon Axundlu kənd sakini Mayılov Səfa Mustafa oğlu cumhuriyyet.az-a müraciət edərək M.İsmayılovdan şikayətlənir. Məlumat üçün bildirək ki, 68 yaşlı S.Mayılov şəhid atası, həm də rayonun ən böyük fermerlərindən biridir. 95-ci ildən mərhum dövlət başçısı Heydər Əliyevin xeyirduası ilə fermer fəaliyyətinə başladığını deyən sahibkar bu gün M.İsmayılovun ciddi təzyiqləri ilə üzləşdiyini bildirir: "M.İsmayılovun rayondakı biznes imperiyasının bir hissəsi də mənim ərazimlə qonşuluqdakı  torpaq sahəsidir. Burda qərar tutduqdan sonra İsmayılovun adamları mənə də öz ərazimi və fermalarımı satmağı təklif etdilər. Mən bu təklifi qəbul etmədikdən sonra mütəlif yollarla mənə ziziyan vurmağa başladılar. Taxıl sahəsində heyvan otarıb məhv etdilər, tayalarımı yandırdılar, balıq gölünə zəhər atdırırdılar, çobanları döydülər, itlərimi güllə ilə vurdular.  Bütün bunlara M.İsmayılovun qardaşı Müşfiq rəhbərlik edib və mən də baş verənlər haqda  haqda 2004-2015-ci illərdə müxtəlif dövlət qurumlarına şikayətlər ünvanlamışam. Bu şikayətlərdə M.İsmayılovun əməllərindən bəhs etmişəm. Ancaq heç bir tədbir görülməyib. 2010-cu ildə M.İsmayılovun dayı Babayev Fəxrəddin kənd icra nümayəndəsi təyin olur (hazırda bank müdiridir). Daha sonra heç bir savadı olmayan Məmmədov Asim Məhərrəm oğlu məhz M.İsmayılovun himayəsi ilə bələdiyyə sədri təyin olunub və beləcə kəndi tam şəkildə nəzarətə götürüblər.Ağsu rayonunda məmur özbaşınalığı ilə bağlı mediada müntəzəm yazılar dərc olunur. Bu yazılarda daha çox nazir Səlim Müslümov, rayon icra başçısı Ənvər Seyidəliyev və bu iki şəxsə bağlı məmur komandasından bəhs olunur. Ancaq Ağsuda baş verənlər bu iki dayı-bacıoğlu mafiyası ilə məhdudlaşmır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatlarda rayonun hakimi-mütləq şəxsləri arasında dövlət neft şirkətinin vitse prezidenti Mikayıl İsmayılovun da adı çəkilir: "Mikayıl İsmayılov əslən Ağsuludu. Mikayıl İsmayılov Azərbaycan dövlətinin büdcəsinin formalaşmasında həlledici rol oynayan dövlət neft şirkətinin vitse prezidentidir.Mikayıl İsmayılov Ağsunun Hacıqədirli və Sarvan kəndlərinin ərazisində əhalinin ümumi istifadəsində olan örüş və pay torpaqlarını zor gücünə əllərindən alaraq, orada böyük mal ferması tikdirir. Hələ bu azmış kimi həmin fermaya gedən yolun asfaltlaşması üçün əhalinin əkin torpaqlarının üst qatını zədələyərək oraya torpaq daşıtdırıb”.
Ancaq Ağsuda M.İsmayılovun əməlləri bununla yekunlaşmır. Belə ki, Ağsu rayon Axundlu kənd sakini Mayılov Səfa Mustafa oğlu cumhuriyyet.az-a müraciət edərək M.İsmayılovdan şikayətlənir. Məlumat üçün bildirək ki, 68 yaşlı S.Mayılov şəhid atası, həm də rayonun ən böyük fermerlərindən biridir. 95-ci ildən mərhum dövlət başçısı Heydər Əliyevin xeyirduası ilə fermer fəaliyyətinə başladığını deyən sahibkar bu gün M.İsmayılovun ciddi təzyiqləri ilə üzləşdiyini bildirir: "M.İsmayılovun rayondakı biznes imperiyasının bir hissəsi də mənim ərazimlə qonşuluqdakı  torpaq sahəsidir. Burda qərar tutduqdan sonra İsmayılovun adamları mənə də öz ərazimi və fermalarımı satmağı təklif etdilər. Mən bu təklifi qəbul etmədikdən sonra mütəlif yollarla mənə ziziyan vurmağa başladılar. Taxıl sahəsində heyvan otarıb məhv etdilər, tayalarımı yandırdılar, balıq gölünə zəhər atdırırdılar, çobanları döydülər, itlərimi güllə ilə vurdular.  Bütün bunlara M.İsmayılovun qardaşı Müşfiq rəhbərlik edib və mən də baş verənlər haqda  haqda 2004-2015-ci illərdə müxtəlif dövlət qurumlarına şikayətlər ünvanlamışam. Bu şikayətlərdə M.İsmayılovun əməllərindən bəhs etmişəm. Ancaq heç bir tədbir görülməyib. 2010-cu ildə M.İsmayılovun dayı Babayev Fəxrəddin kənd icra nümayəndəsi təyin olur (hazırda bank müdiridir). Daha sonra heç bir savadı olmayan Məmmədov Asim Məhərrəm oğlu məhz M.İsmayılovun himayəsi ilə bələdiyyə sədri təyin olunub və beləcə kəndi tam şəkildə nəzarətə götürüblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]