Foto Fakt

Daha bir məmur övladı bahalı həyatını nümayiş etdirdi- FOTOLAR

15-05-2016, 02:37
Daha bir məmur övladı bahalı həyatını nümayiş etdirdi- FOTOLARŞirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradovun oğlu Mübariz Muradov atasının pulları ilə kef çəkir.

Ölkəmizdə bəzi vəzifəli şəxslərin özlərinin və övladlarının dəbdəbəli həyat tərzi sürməsi adi hala çevrilib. Bununla bağlı yerli mətbuatda dəfələrlə müxtəlif səpkili məlumatlara rast gəlmişik. Bu gün sizə haqqında danışacağımız məmur oğlu isə Mübariz Kürdoğludur. Qeyd edək ki, bu gəncin atası Şirvan şəhər bələdiyyəsinin sədri vəzifəsində çalışan Kürdoğlu Muradovdur. Bələdiyyə sədrini Şirvanda tanımayan yoxdur. Çünki o uzun müddət şəhərin baş memarı işləyib və həmin illərdə bir sıra qanundan kənar işlərə imza atmaqla özünə böyük sərvət toplamağı bacarıb. Gundelik-baku.com-un araşdırmaları zamanı məlum olub ki, Kürdoğlu Muradovun oğlu Mübariz Kürdoğlu yaşadığı bahalı həyatı «facebook» sosial şəbəkəsində ictimailəşdirir. 


Onun burada paylaşdığı şəkillərə baxmaq kifayətdir ki, məmur oğlunun neçə yaşadığı aydın olsun. Əldə etdiyimiz məlumatlarda deyilir ki, Mübariz Kürdoğlu atasının yaratdığı «Murad K.O» MMC-də təchizat direktoru işləyir. Daha doğrusu onun şirkətdə adı gedir, özü isə gününün çox hissəsini ya Bakıdakı əyləncə məkanlarında, ya da xarici ölkələrdə keçirir. Buna misal olaraq Mübariz Kürdoğlunun Ukrayna, Türkiyə və digər ölkələrə səfərlərini qeyd edə bilərik. Şirvandakı mənbələrdən aldığımız bilgilərə görə, məmur oğlu məhz atasının pulları sayəsində komfortlu həyat keçirir, kefinə korluq çəkdirmir:

«Kürdoğlu Muradov sakinlərin arasında şəffaf işlədiyini, heç biri işi pulla yoluna qoymadığını bildirsə də, oğlunun yaşadığı bahalı həyat başqa mətləblərdən xəbər verir. Bələdiyyə sədrinin Şirvanda bir neçə obyekti var. Buna misal olaraq «Murad Məkan»ı göstərmək olar. Əgər sədr şəffaf işləyirsə, bu qədər var-dövlət onda haradandır?». Deyilənə görə, bələdiyyə sədrinin oğlu Şirvanda avtomobil idarə edərkən yol hərəkəti qaydalarına əməl etmir və yol polisi işçilərinə qarşı hörmətsizlik edir. Bu barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. 


Daha bir məmur övladı bahalı həyatını nümayiş etdirdi-

Daha bir məmur övladı bahalı həyatını nümayiş etdirdi-

Daha bir məmur övladı bahalı həyatını nümayiş etdirdi-

Daha bir məmur övladı bahalı həyatını nümayiş etdirdi-

Daha bir məmur övladı bahalı həyatını nümayiş etdirdi-

Administratorla əlaqə

077 611-55-22

[email protected]