Gündəm

İradə Gülməmmədova kimə güvənib, meydan oxuyur?

8-03-2016, 21:21
Zakir Fərəcovun kadrı olan Abşeronun icra başçısı ona qarşı çıxanlara cəzalandırmaq üçün yeni yollar tapıb 

Abşeronun icra başçısı İradə Gülməmmədova vəzifə başına keçəndən sonra bir çoxları elə düşünürdülər ki, rayonda durum bir qədər fərqli şəkil alacaq. Buna səbəb isə onun qadın olması, rayonun problemlərindən xəbərdarlığı, habelə Abşeronda bir müddət işləməsi göstərilirdi. Di gəl, tamamilə tərsi baş verməyə başladı. 
İradə Gülməmmədova kimə güvənib, meydan oxuyur?
Sumqayıtın icra başçısı Zakir Fərəcovun kadrı olan İradə Gülməmmədova ilk olaraq, əhalini su ilə imtahana çəkməyə başladı. Qısa müddətdə Xırdalanda içməli su problemi yaşandı. Ardından elektrik və digər problemlər də baş qaldırdı ki, xanım icra başçısı onları aradan qaldırmaq əvəzinə, yaranmış vəziyyətə etiraz edənləri cəzalandırmaq fikrinə düşdü. 
İradə Gülməmmədova kimə güvənib, meydan oxuyur?
Zakir Fərəcova güvənərək bu addımları atan xanım icra başçısı, işi o həddə çatdırıb ki, hətta hakimiyyətin xas adamlarından sayılan, sabiq deputat Etibar Hüseynovun da başına oyun açmaqdan çəkinməyib. Belə ki, bir müddət əvvəl Xırdalan şəhərində Heydər Əliyevin nəhəng posteri yıxılaraq, sıradan çıxmışdı. Politika.az xəbər verir ki, Abşeron İcra Hakimiyyəti bununla bağlı açıqlamasında bildirmişdi ki, küləyin aşırdığı posteri yerinə bərpa etmək üçün onun üzərində iş gedir. Lakin olayın üzərindən xeyli müddət keçməsinə baxmayaraq, hələ də yerinə qoyulmayıb. 
İradə Gülməmmədova kimə güvənib, meydan oxuyur?
Etibar Hüseynov isə bununla bağlı İradə Gülməmmədovaya müraciət edərək, ondan həmin posterin aqibətiylə maraqlanmışdı. Lakin aldığı cavab, ona sərgilənən münasibətdən sonra geri çəkilməyib, bu sualları hər gün verəcəyini vurğulamışdı. Bunun ardından Abşeronun icra başçısı etməyib tənbəllik, Etibar Hüseynovun evinin düz qarşısına 4 iri zibil qabı yerləşdirib. Bunu köməkçisi vasitəsiylə sabiq deputatın özünə də çatdırıb. 
İradə Gülməmmədova kimə güvənib, meydan oxuyur?
Keçmiş millət vəkili isə bildirir ki, belə cılız mübarizə üsulları ilə onu çəkindirmək mümkün deyil. Xüsusən də söhbət Heydər Əliyevdən gedirsə, sonadək mübarizə aparacaq. Həmin vaxtdan bəri Hüseynovla Gülməmmədova arasında mübarizə ən pik həddə çatıb. 
İradə Gülməmmədova kimə güvənib, meydan oxuyur?
Amma məsələ təkcə bununla da bitmir. İradə Gülməmmədovanın ona etiraz edənlərə qarşı sərt münasibət sərgiləməsi halları artıq total şəkil alıb. Belə ki, icra başçısı rayonda etiraz edənləri, haqqını tələb edənləri cəzalandıracaq yeni üsullar tapmaqdadır. Bu işdə bəzən polisin, çox vaxt isə MİS-lərin imkanlarından yararlanır. 

P.S. İradə Gülməmmədovanın qudasının tikinti sektorunda çıxardığı hoqqalarla bağlı yaxın günlərdə geniş məlumat verəcəyik. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]