Ölkə

Sumqayıtda həbslər başladı - Zakir Fərəcov qanunsuz əməllərini iş adamların üzərinə atır

16-10-2016, 00:26
Bir neçə dəqiqə öncə Realliq.info –ya Sumqayıtdan yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, şəhər icra başçısı Zakir Fərəcovun tapşırığı ilə yeni tikilən bulvarda mühəndslik edən iki şəxs həbs olunub. Onlar bir neçə saat öncə şəhər İcra hakimiyyətinə çağrılaraq icra başçısının tapşırığı ilə polis idarəsinə aparılıb və saxlanılıblar. Həbs olunanların adları Vüqar və Ağamməddir.

Şəhər İcra hakimiyyətinin qarşısında isə etiraz aksiyası davam edir. İcra başçısı aylardır maaş almayan fəhlələri aldatdığı üçün insanlar aksiya keçirməyə qərar veriblər.

Xatırladım ki, Realliq.info dəfələrlə Sumqayıtda milyonlarla dövlət vəsaitinin mənimsənilməsi və şəhər icra başçısı Zakir Fərəcovun qanunsuz əməllərindən bəhs edib. Lakin aidiyyatı qurumlar yazılardakı faktlara biganə münasibət göstəriblər. Hazırda həbslərin əsl səbəbini araşdıran Realliq.info saytı etibarlı mənbədən aldığı məlumatda qeyd olunur ki, Zakir Fərəcov özünün və qohumlarının mənimsədiyi milyonnlarla dövlət vəsaitini sadə mühəndislərin adına yazdırmaq istəyir. 

Mövzunu diqqətdə saxlayırıq.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq
İkram - Realliq.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]