Kriminal

Bankın kredit ödənişi terminalından 13 min manat apardılar (FOTOLAR)

3-03-2016, 02:11
Bakının Sabunçu rayonunda banklardan birinə məxsus ödəmə terminalından oğurluq olub.

Xeberman.com xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi Sülh küçəsində qeydə alınıb. Naməlum şəxs və ya şəxslər kredit ödənişi üçün nəzərdə tutulan iki terminaldan birini sındıraraq, içərisində olan  13 min manat pulu oğurlayıblar. 



Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Terminal aidiyyatı qurum təəfindən yerindən çıxarılaraq ekspertiziyaya göndərilib. 



Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən Musavat.com-a bildirilib ki, işin istintaqı üçün əməliyyat qurupu yaradılıb. Terminalın olduğu  ərazidə quraşdırılmış  təhlükəsizlik kamerasına baxış keçirildikdən sonar oğurluğu  kimin törətdiyinə aydınlıq gətiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]