Kriminal

Kompüter salonlarının qənimi tutuldu

2-03-2016, 23:21

Kompüter salonlarının qənimi tutuldu.

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus kompüter salonundan bir ədəd «Play Station» oyun dəstini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov saxlanılıb.

Musavat.com xəbər verir ki, araşdırmalar zamanı saxlanılan şəxs cari ilin fevral ayında paytaxtın Xətai, Yasamal və Sabunçu rayonlarının ərazilərində ümumilikdə 8 «Play Station» salonlarına oğurluq niyyəti ilə daxil olduğu və həmin obyektlərdən oyun dəstlərini oğurladığı məlum olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]