Dünya

Yunanıstana qeyri-qanuni keçən şəxslər geri qaytarılır

1-03-2016, 20:58
Yunanıstan bu ölkəyə qeyri-qanuni yollarla keçməyə çalışan şəxsləri Türkiyəyə təhvil verib.

Xeberman.com xəbər verir ki, bu barədə məlumat DHA agentliyində yer alıb.

Məlumata görə, qanunsuz yollarla Yunanıstana keçməyə cəhd edən Əlcəzayir, Tunis və Mərakeş əsilli 70 nəfər gömrük qapısından Türkiyəyə geri qaytarılıb.

Türkiyə ilə əldə olunan geri qəbul haqda razılaşma əsasında Avropa ölkələrinə getmək istəyərkən Yunanıstanda saxlanılan şəxslərin bir-bir geri göndərilməsinə başlanılıb.

Xəbər verilir ki, qarşı tərəfə keçən 300 nəfərin hamısı geri göndəriləcək.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]