İqtisadiyyat

Tarif Şurası yenidən bahalaşma qərarı verəcək

17-12-2016, 19:58
Tarif Şurası yenidən bahalaşma qərarı verəcək
"Hazırda rabitə tariflərinə yenidən baxılması prosesi gedir”.

Bunu "Report”a rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, Azərbaycanda vençur fondların yaradılması ilə bağlı işlər davam etdirilir: "Vençur fondlarının fəaliyyət göstərməsi üçün öncə böyük hüquqi baza olmalıdır. Hazırda bu istqamətdə işlər davam etdirilir. Düşünürəm ki, növbəti ilə müəyyən işləri görmək mümkün olacaq”.

Böyük ehtimalla yeni rabitə tarifləri "bahalaşma janrında” olacaq. Güman ki, yeni ilin ilk aylarında Tarif Şurası bununla bağlı qərar qəbul edəcək. Hökumətin "bahalı tariflər” siyasəti rabitədən də yan keçməycək.

Rabitə tariflərində son tənzimləmə 2014-cü ilin yanvarın 1-də olub.
Tarif Şurasının qərarına əsasən,  rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib. Stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.
 
Ekspertlər belə hesab edir ki, indiki şəraitdə rabitə tarifləri ancaq bahalaşa bilər. Xüsusilə də enerji daşıyıcılarının qiyməti bahalaşması buna əsas verir. Həm rabitə sektoru büdcənin əsas donorlarından biridir. Büdcədə 5,2 faiz payı var. Hökumət rabitə tariflərini artırmaqla bu mənbə üzrə daxilolmaları artırmaq istəyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]