Ölkə

Nardarandan XƏBƏR VAR. (Elan)

23-02-2016, 01:50
Nardarandan XƏBƏR VAR. (Elan)Diqqət! Nardaranda ötən il (26.11.2015) baş verən və təəssüf doğuran Nardaran hadisəsindən sonra, Nardaranda camaatın ziyarətgahına çevrilən, Nardaran Rəhimə Xanım ( s.ə ) ziyarətgahına uzun müddət idi ki, hadisələrlə bağlı insanlar gedib gələ bilmirdi. Hətta ziyarətə gedənlərin qaytarılması da heç kimə sirr deyil. Bunu təsdiq edəcək kifayət qədər səs yazısı, və video material vardır ki lazım olduqda təqdim edə bilərik.
Nardaran sakinlərindən saytımıza daxil olan məlumata əsasən artıq gediş-gəlişdə heç bir maniə yoxdur. Xeberman.com saytına daxil olan müraciətdə deyilir: "Bir həftəyə yaxın olar ki, insanlar hər yerdən şəxsi maşınları ilə və 189 nömrəli marşurut ilə ziyarətə gəlirlər. Amma çox insanın bu barədə məlumatı yoxdur və məsələdən xəbərsizdirlər. Bu məlumatı ictimailəşdirin ki, ziyarətə gəlmək istəyən əzizlər, bu ziyarətə gələ bilsinlər.”
Qeyd: Məsələlər barədə hər hansı bir dəyişiklik olduqda, bu və ya digər hadisələrlə bağlı bizə həm email ilə ([email protected]), və ya hər zaman sizin xidmətinizdə olan telefon nömrəmizə (070-965-99-49) zəng edə, və ya facebook sosial şəbəkəsindəki səhifəmizə (https://www.facebook.com/xebermancom/) yaza, maraqlı məlumat, video bizə göndərə bilərsiniz. Hər bir halda qarşı tərəfin anonimliyi qorunacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]