Ölkə

Nardaranda qaz buraxılsada yollarda gedən təmir işləri ilə bağlı çox evlərə qaz gəlmir

25-01-2016, 11:23
Nardaranda qaz buraxılsada yollarda gedən təmir işləri ilə bağlı çox evlərə qaz gəlmir
Nardaranda vəziyət acınacaqlıdır.Xeberman.com -a Nardaran sakinlərindən gələn məktubu təqdim ediurik: "Kəndə qaz buraxılsada yollarda gedən təmir işləri ilə bağlı çox evlərə qaz gəlmir.Yandırmağa artıq odunda tapılmır. Həyətlərdə ağac qalmayıb ki,yandırılsın,artıq evlərində olan bəzi taxta əşyalarıda yandırırlar ki, soyuqdan donmasınlar. Bir neçə evin işığı iki aya yaxındır yolda gedən təmirlə bağlı yanmır.Nə qədər evlərə su gəlmir. Nə qədər insan soyuqdan xəstələnib dərman almağa həkimə getməyə pulları yoxdur. Maddi baxımdanda vəziyyət çox çətindir .İnsanlar təkcə çörəyi güclə alır .Camaat açıq- aşkar ölümə doğru gedir.Hamı qəm qüssə içindədir , nə edəcəklərini və dərdlərini kimə deyəcəklərini bilmirlər.Şəhərə gedən marşurutlar əvvəl Ziyarətgahın qarşısına qədər işləyirdi. Camaat işə ,uşaqlar dərsə rahat gedib -gəlirdilər .Amma indi marşurutlar Nardaranın girəcəyinə qədər buraxılır .İnsanlarda məcburdur işə getməyə ən azı iki kilometr yolu bu soyuqda piyada gedsinlər.Biz hakimiyyətdən xahiş edirik ki, bizə bir əlac qılınsın .Bizə burada baxılmır.bəlkədə hansısa qüvəllər Nardaranın belə vəziyyətdə olmasından maraqlıdır.Hara gedirik, kimə dərdimizi deyirik bir çarə olmur .Elə sadəcə deyirlər " yaxşı olacaq".Yaxşı necə olacaq?Bizlər bu problemlərdən ölüb dəfn edildikdən sonra üstümüzdən yol çəkilib üzərində bəzi harınlamış məmurlar bahalı maşınlarla gəzəndəmi yaxşı olacaq?!Həqiqətəndə qırmızı ölüm qara həyatdan daha yaxşıdır!"

Administratorla əlaqə

077 611-55-22

[email protected]