Layihə

Işğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun nümayəndələri İzmir bələdiyyə rəhbərləri tərəfindən qəbul edilib

21-02-2016, 17:48

    Işğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun nümayəndələri İzmir bələdiyyə rəhbərləri tərəfindən qəbul edilibTürkiyənin İzmir şəhərində səfərdə olan Işğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun təsisçiləri olan Azərbaycan QHT rəhbərləri İzmir şəhərinin Boronovo və  Karabağlar bələdiyyə rəhbərləri Olğun Atilla və Muhittin Sevitopu tərəfindən qəbul olunublar.

Xeberman.com xəbər verir ki, QHT nümayəndələri İzmir şəhəri Karabağlar bələdiyyəsi ərazisində salınacaq Xocalı Soyqırımına həsr olunan parkın hazırlıq işləri ilə tanış olublar.

    Işğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun nümayəndələri İzmir bələdiyyə rəhbərləri tərəfindən qəbul edilibDaha sonra İsmət İnönu adına Kültür mərkəzində Beynəlxalq Forumun ictimaiyyət üçün təqdimatı keçirilib. Tədbirdə Azərbaycan QHT-ləri  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, qondarma "erməni soyqırımı” iddialarının ifşa edilməsi, terror və  digər regionların ümumu  problemləri haqqında geniş informasiya verilib.

Günün sonunda Forumun iştirakçılarına Azərbaycan QHT rəhbərlərinə ziyafət verilib. Azərbaycan QHT rəhbərləri Beynəlxalq Forumun İzmir şəhərində yüksək səviyyədə təşkil olunmasına görə Boronovo bələdiyyə başqanı Olğun Atilla və Karabağlar bələdiyyə başqanı Muhittin Sevitopuya təşəkkür edib və Azərbaycan ilə bağlı xatirə hədiyyələri     Işğala,Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun nümayəndələri İzmir bələdiyyə rəhbərləri tərəfindən qəbul edilibtəqdim ediliblər.   


Administratorla əlaqə

077 611-55-22

[email protected]