Siyasət

"İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un nümayəndələri Ankarada görüşlərə başladı

24-02-2016, 00:56

          "İşğala, Terrora və Əsassız İddialara qarşı  Beynəlxalq Forum"un nümayəndələri Ankarada görüşlərə başladıTürkiyədə səfərdə olan "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un nümayəndələri İzmirdə nəzərdə tutulan tədbirləri yekunlaşdıraraq Ankaraya gəlmişlər.

Xeberman.com saytının verdiy məlumata görə, Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Əfqanıstan, Tatarıstan və Bolqarıstanı təmsil edən 50-dən  artıq QHT nümayəndəsi Cümhuriyyət Xalq Partiyası sədrinin köməkçisi Öztürk Yılmaz   tərəfindən partiyanın qərargahında qəbul olunub. Öztürk Yılmaz  qeyd edib ki, Azərbaycan və Türkiyə ermənilər üzündən  zaman-zaman çox acılar yaşayıblar. Dünya bunları görsətə ermənilərin üzərinə getmir. Bu da           "İşğala, Terrora və Əsassız İddialara qarşı  Beynəlxalq Forum"un nümayəndələri Ankarada görüşlərə başladıdünyanın bu iki dövlətə qarşı ikili standartıdı. Lakin Türkiyə hər zaman Azərbaycanın yanındadı, arxasındadı, Qarabağ çözümünün həllində Türkiyənin bircə mövqeyi var, işğalçı Ermənistan Qarabağdan qoşunlarını geri çəkməli, Azərbaycanın ərazi bütövlüyü  təmin olunmalıdı. Belə olmasa Ermənistanla heç bir əlaqə qurula bilməz. Azərbaycan xalqı bunu da bilməlidi ki, Türkiyədə iqtidar- müxalifət kim olursa olsun Azərbaycanın, Qarabağın əleyhinə olacaq heç bir addım atılmaz. "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un nümayəndələri yaradılan bu qurumun məqsəd və vəzifələrini açıqlayaraq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün daha geniş ərazilərdə iş           "İşğala, Terrora və Əsassız İddialara qarşı  Beynəlxalq Forum"un nümayəndələri Ankarada görüşlərə başladıaparılmasını,1915-ci il qondarma "erməni soyqırımı" iddialarının yalanlanması istiqamətində görüləcək işləri, Xocalı Soyqırımı faktının tanıdılması üçün Türkiyə və Azərbaycanın birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıblar. Daha sonra  qeyd olunub ki, təəssüf  olsun Fransada baş verən terror hadisələrində 5-10 nəfərin həlak olmasına görə bir araya gələn dövlət başçıları Xocalı Soyqırımını görməzə gəlirlər. Görüşün sonunda Cümhuriyyət Xalq Partiyası sədrinin köməkçisi Öztürk Yılmaz  " İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un işinə hər zaman dəstək olacaqlarına, QHT-lərin işıqlı lakin çətin və ağır bir yolda olduqlarını qeyd edərək uğurlar diləyib.

          "İşğala, Terrora və Əsassız İddialara qarşı  Beynəlxalq Forum"un nümayəndələri Ankarada görüşlərə başladıGünün ikinci yarısında Forum nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün movzleyi - "Anıtkabır"ı ziyarət edib və muzeylə tanış olublar.

Sonra  "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un  QHT rəhbərləri 17 fevral  2016-cı ildə Türkiyənin paytaxtı Ankarada  törədilən terror ərazinə gələrək, yad edib, terror qurbanları ruhuna dualar oxuyaraq,  qərənfillər düzdülər.  Beynəlxalq Forum adından çıxış edən Akif  Kərimov terrora qarşı bütün dövlətlərinin, insanların, vətəndaş cəmiyyəti təşkilatlarının birləşməsinin vacib olduğunu bildirib.

               "İşğala, Terrora və Əsassız İddialara qarşı  Beynəlxalq Forum"un nümayəndələri Ankarada görüşlərə başladıGünün sonunda "İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum"un nümayəndələri Türkiyə Böyük Millət Məclisində olublar. İqdırdan olan millət vəkili Nurəddin Arasla görüşən Forum üzvləri Beynəlxalq Forum barədə məlumat veriblər. Nurəddin Aras Forumun böyük amallara xidmət edəcəyinə inandığını dilə gətirərək  uğurlar diləyib. Xocalı Soyqırımı günü ərəfəsində Forumun apardığı işləri dəyərləndirib. Nurəddin Aras özünün də Foruma hər an dəstək olacağını qeyd edib.Forum üzvləri qəbula görə Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə, xüsusi ilə İqdırdan olan  millət vəkili Nurəddin Arasa minnətdarlıq bildiriblər.

"İşğala, Terrora və Əsassız İddialara qarşı  Beynəlxalq Forum"un Mətbuat Xidməti

          "İşğala, Terrora və Əsassız İddialara qarşı  Beynəlxalq Forum"un nümayəndələri Ankarada görüşlərə başladı


Administratorla əlaqə

077 611-55-22

[email protected]