Dünya

İŞİD üç polisi öldürüb

21-02-2016, 01:34
Pakistanın Pəncab vilayətinin Feycalabad şəhərində İŞİD terrorçuları polisə hücum edərək, üç polis zabitini öldürüblər.

  Xeberman.com xəbər verir ki, bu barədə məlumat TASS agentliyində yer alıb.

Məlumata görə, İŞİD terrorçuları hadisə yerinə vərəqlər ataraq cinayəti  öz üzərinə götürüblər.

Radikallar vərəqdə qeyd ediblər ki, hüquq mühafizə orqanları demokratik sistemi müdafiə edir, bu isə dinə ziddir.

Bundan başqa, İslamabad və Laxor şəhərlərində də polisə hücum təşkil olunub.
Polis hücumların eyni qrup tərəfindən törədildiyini iddia edir.
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]