Kriminal

Qıza sataşan polisi ağacdan asdılar

19-03-2016, 16:19
Mingəçevirdə polisi əvvəlcə döyüb sonra isə ayaqlarından ağacdan asıblar.

Yevlax şəhər polis idarəsindən daxil olan məlumata görə, Yevlax şəhər polis idarəsi mühafizə şöbəsinin polis serjantı Zahidli Zahidi Mingəçevir şəhərində döyüb, ayaqlarından asdıqdan sonra gətirib sahə müvəkkilinə təhvil veriblər.

Əldə etdiyimiz məlumata görə, Yevlax şəhər mühafizə şöbəsinin polis serjantı Zahidli Zahid Mingəçevir şəhərində yaşayan bir qızı narahat edib görüşə çağırırmış, ancaq qız polisə razılıq vermirmiş. Qız polisin onu mütəmadi narahat etməsindən bezərək olanları əmisi oğlanlarına danışıb.

Qızın əmisi oğlanları serjant Zahidlini qızın adı ilə Mingəçevir stansiyasına yaxın Aran qəsəbəsinə görüşə çağırıblar. Onlar əvvəlcə polis işçisini döyüb, sonra isə ayaqlarından ağacdan asaraq sahə müvəkkilinə zəng ediblər. Sahə müvəkkili hadisə yerinə gəldikdən sonra serjant Zahidlini açaraq polis şöbəsinə gətirib.

Qıza sataşan polisi ağacdan asdılar

Administratorla əlaqə

077 611-55-22

[email protected]