Kriminal

Nazirliyin ərazisində küllü miqdarda narkotiklə saxlanıldılar

31-08-2016, 21:15
Nazirliyin ərazisində küllü miqdarda narkotiklə saxlanıldılar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ərazisində narkotik tərkibli bitkilər becərən Zaqatala rayon sakinləri həbs edilib.

Xeberman.com Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Zaqatala RPŞ tərəfindən Zaqatala rayon Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ərazisindəki meşə zolağında əməliyyat-axtarış tədbirləri keçirilib.

Ərazidən 56 kq 455 qram narkotik tərkibli bitkilər yığan Zaqatala rayon sakinləri Şakir Məmməd oğlu Mirzəyev, İlham İsa oğlu Aslanov və Oqtay Xəlil oğlu Lebeyev elə hadisə yerində saxlanılıblar.

Həmin sahələrə quraşdırılmış foto-video kameralara baxış keçirən zaman Zaqatala rayon sakinləri Elçin Rüfət oğlu Mikayılovun, Vaqif Əli oğlu Qardaşovun və Rəşad Ziyəddin oğlu Məmmədovun sahələrdən çətənə kollarını yığması müəyyən edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]