Mübariz Qurbanlı Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib -FOTO
DQİDK-dan Xeberman.com - a verilən
məlumata görə, qəbuldan əvvəl Komitə sədri Mübariz Qurbanlı və Balakən Rayon
İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev ümummilli lider Heydər
Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri
düzərək xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı, dini maarifləndirmə üzrə layihələrin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların DQİDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.