Əsas Səhifə / Dünya

Rus turistin qulağını kəsdilər

14-02-2016, 23:26
Taylandın məşhur kurortların birində baş verən mübahisədən sonra rus turist qulaqsız qalıb.

Musavat.com xəbər verir ki, bu hadisə barədə "The Phiket News” agentliyi məlumat verib.

Məlumata görə, hadisə Pxuket adasında baş verib. 36 yaşlı Rusiya vətəndaşı yerli bazarda balıq almaq istəyib, amma satıcı ilə qiymətdə razılaşa bilməyiblər. Nəticədə mübahisə başlayıb və satıcı bıçaqla turistin qulağını kəsib, sağ gözünə isə xəsarət yetirib.

Xəbərdə bildirilir ki, hadisə yerinə polis və təcili tibbi yardım gələnə qədər yerli adamlar turistə ilk tibbi yardım göstəriblər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]