Gündəm

Qüdrət Qurbanovun gəmi oyunu - QALMAQAL

13-02-2016, 00:21
Qüdrət Qurbanovun gəmi oyunu - QALMAQAL

Prezident Ilham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib ki, vətəndaşları, sahibkarları incitməyin. Amma prezidentin bu xəbərdarlığına məhəl qoymayanlar da var. 

Məsələn, Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov. Qüdrət Qurbanov mənim müdafiə etdiyim şəxsə məxsus gəmini dələduzluq yolu ilə ələ keçirilməsində bilavasitə rol oynayıb”.

Bu sözləri "Azadlıq”a tanınmış hüquqşünas Əyyub Kərim bildirib. Onun sözlərinə görə, müdafiə etdiyi Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb: "Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa "Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var. Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb.

Amma "Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış "Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb. Digər tərəfdən, "Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir.

Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub? Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil? Əslində bu saxta müqavilə Qəmbər Səfərovun Həştərxanda bağladığı müqavilədən hərfbəhərf köçürülüb. Hətta oradakı texniki səhvlər də eynilik təşkil edir. Bundan başqa müqavilədə göstərilir ki, Qəmbər Səfərov gəmini 250 min rubla alıb. Təmir işlərinə də pul xərcləyib və daha sonra 181 min rubla "Mərdəkan Broyler”ə satıb. Sual olunur: Qəmbər Səfərov niyə gəmini 250 min rubla alıb 181 min rubla satmalıdır? Bəs bunun xeyri?” Əyyub Kərim bildirib ki, Bakı Apellyasiya Məhkəməsi gəminin Qəmbər Səfərova məxsus olması və "Mərdəkan Broyler”ə verilmiş mülkiyyət şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarıb: "Amma qətnamə bu günə qədər icra olunmayıb. Mən Qəmbər Səfərovla Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi Xanlar Zeynalovun qəbulunda olmuşam.

Xanlar müəllim dedi ki, qətnamədə göstərilən hallar birgə icra olunmalıdır. Qeyd edim ki, birinci instansiya məhkəməsində "Mərdəkan Broyler” iştirak etməyib. Apellyasiya Məhkəməsində isə şirkətin nümayəndəsi hay-küy salıb ki, biz gəmini təmir etmişik və Qəmbər Səfərov təmir xərcini ödəməlidir. Məhkəmə də qətnamədə göstərib ki, gəmi Qəmbər Səfərova verilməli, o da öz növbəsində təmir xərclərini ödəməlidir. Beləliklə, Xanlar Zeynalov deyir ki, bu iki hal bir yerdə icra olunmalıdır. Mən isə onun diqqətinə çatdırdım ki, bu mümkün deyil. Əvvəla, ona görə ki, "Mərdəkan Broyler”in tələb 344 min manat Qəmbər Səfərovda yoxdur. Digər tərəfdən ümumiyyətlə gəminin özü yoxdur. Biz hardan bilək ki, doğrudan da gəmir təmir olunub və bu işə tələb olunan qədər pul xərclənib. Yeri gəlmişkən, qeyd edim ki, Səbayel Məhkəməsinin hakimi Famil Nəsibov gəminin üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. Amma bu qərardad da icra olunmayıb. Çünki gəmi ortada yoxdur. Əslində isə icraçılar üzərinə həbs qoyulmuş gəmini tapmalı və gəmi onların nəzarətin keçməlidir, mübahisə həll olunana qədər onların gəmiyə cavabdehlik daşımalıdır. Bir məsələni də qeyd edim.

Məhkəmə "Mərdəkan Broyler”ə sual verməyib ki, sən özgəsinin gəmisini niyə təmir edirsən? Kim sənə bu ixtiyarı verib? Digər tərəfdən necə olur ki, təmir pulunu tələb edirsən, amma gəmini alanda verdiyin 181 min rublu tələb etmirsən? Axı pul verməmisən, gəmini almamısan, sadəcə dələduzluq yolu ilə ələ keçirmisən. Mən Xanlar Zeynalovun diqqətinə çatdırdım ki, gəmi tapılsın, mülkiyyət hüququ Qəmbər Səfərova verilsin, bundan sonra Qəmbər Səfərov onu satışa çıxarmaqla tələb olunan məbləği verə bilər. Amma gəmiyə baxış keçirilməli və "Mərdəkan Broyler”in həqiqətən iddia etdiyi qədər xərc çəkib-çəkmədiyi müəyyən olunmalıdır. Doğrudur, ekspertiza keçirilib. Amma Qəmbər Səfərov orada iştirak etməyib. Bəlkə "Mərdəkan Broyler” ekspertlərə başqa gəmi təqdim edib? Bütün bunlara aydınlıq gətirilməlidir".

Administratorla əlaqə

077 611-55-22

[email protected]