Ölkə

Nəhəng dövlət müəssisəsi çökdü - 1300 nəfər işsiz qaldı

17-11-2016, 15:13
Nəhəng dövlət müəssisəsi çökdü - 1300 nəfər işsiz qaldı
Xəzər Dəniz Gəmiçiliyi idarəsinin  "Bibiheybət” Gəmi Təmiri Zavodunun  işçiləri məcburi məzuniyyətə göndərilir. Bu barədə idarənin adının çəkilməsini istəməyən işçisi azadliq.info-ya məlumat verib.

"Gəmi Təmir Zavodunun 1300-ə yaxın işçisini növbə ilə öz hesablarına məzuniyyətə göndərillir. Bunu iş olmaması ilə əlaqələndirirlər. Amma idarənin gəmiləri digər firmalara icarəyə verilir. Halbuki, idarənin öz işçiləri həmin işləri görə bilər”,- məlumatda bildirilir.

Redaksiyamıza müraciət edən şəxs Gəmi Təmiri Zavodunda gəmilərin doğranaraq "metalloma” verildiyini də bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]