Əsas Səhifə / Xəbərlər

44 gəmi və 6 helikopterlə axtarış davam edir

18-12-2016, 12:27

44 gəmi və 6 helikopterlə axtarış davam edir
Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən Xeberman.com -a  verilən məlumatda bildirilir ki, hazırda qeyd olunan Plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv axtarış-xilasetmə işləri davam etdirilməkdədir.

Eyni zamanda. sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilməkdədir.

Əlavə olaraq, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb.

Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaqdır.44 gəmi və 6 helikopterlə axtarış davam edir44 gəmi və 6 helikopterlə axtarış davam edir44 gəmi və 6 helikopterlə axtarış davam edir

Administratorla əlaqə

077 611-55-22

[email protected]