Əsas Səhifə / Dünya

Fransa və Türkiyədən Şimali Koreya bəyənatı

7-02-2016, 22:24
Fransa Şimali Koreyanın uzun mənzilli ballistik raket sınağını qınayıb.
 
Axar.az xəbər verir ki, Yelisey sarayından verilən açıqlamada rəsmi Pxenyanın BMT Təhlükəsizlik Şurasının qərarlarını kobud şəkildə pozduğu qeyd olunub:
 
"Fransa Şimali Koreyanın BMT TŞ qərarlarını açıq şəkildə pozduğunu bildirərək bu addımı şiddətlə qınayır”.
 
Bu arada Türkiyə Xarici İşlər Nazirliyi də Şimali Koreyanın ballistik raket sınağına münasibət bildirib.
 
Nazirliyin yaydığı açıqlamada Pxenyanın bölgədə siyasi və hərbi gərginliyi artırdığı qeyd olunub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]