İdman

Kim Çen In Messidən də güclü futbolçular yetişdirəcək

17-11-2016, 23:41
Kim Çen In Messidən də güclü futbolçular yetişdirəcək

Koreya Xalq Demokratik Respublikasının (KXDR) rəhbəri Kim Çen Infutbolçuların hazırlığının yüksəldilməsini yaxın gələcəkdə ölkənin prioritet strateji hədəfi olduğunu açıqlayıb.

Xeberman.com Publika.az-a istinadən xəbər verir ki, indiki məqamda FİFA reytinqində 126-cı pillədə qərarlaşan Şimali Koreya futbol millisi tarixi ərzində cəmi iki dəfə - 1966 və 2010-cu illərdə dünya çempionatlarının final mərhələsində oynayıb.

Pxenyandakı Beynəlxalq futbol məktəbinin müəllimi Yu On deyib: "Futbolçuları elə hazırlayacağıq ki, Messidən də yaxşı olsun. Əvvəlcə Asiyada liderlər sırasına yüksəlməliyik. Daha sonra isə dünya miqyasında lider olacağıq”.

Şimali Koreya millisinin baş məşqçisi Yorn Anderson isə nisbətən real fikirlər irəli sürüb: "KXDR-da Messi səviyyəsində futbolçunun yetişəcəyinə inanmıram. Ancaq Asiya standartlarına görə, güclü oyunçular yetişdirmək mümkündür. Koreyada xeyli istedadlı uşaqlar var. Təəssüf ki, onlar yalnız ölkə daxilində oynayırlar. Belə şərtlərdə güclü futbolçu yetişdirmək çətindir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]