Ölkə

"ZARA"dan uzaq durun - ŞOK MAXİNASİYA İFŞA OLUNDU + FOTO

7-02-2016, 17:43
"ZARA"dan uzaq durun - ŞOK MAXİNASİYA İFŞA OLUNDU + FOTO
İzləyicimiz "28 Mall" ticarət mərkəzindəki ZARA geyim mağazasından şikayətçidir. 
 
Saytımızın elektron poçt ünvanı ilə əlaqə saxlayan Kəmalə Quliyeva adlı izləyicimiz adı çəkilən mağazada başına gələn hadisəni bizə yazıb.
 
""28 Mall" ticarət mərkəzindəki ZARA geyim mağazasından 35 manatlıq qadın şalvarı alıb evə gəldim. Qəbzə baxanda qiymətin 35 manat deyil 49 manat yazıldığını gördüm. Mağazada buna diqqət etməmişdim. Mağaza ilə əlaqə saxladım ki, geyimi geri qaytarım. Dedilər ki, o kodnan olan mal bizdə 49 manatdır və bizdə alınan mallar geri qaytarılmır. Halbuki, geyimin üzərindəki qiymət 35 manatdır və xarici ölkələrdəki ZARA şəbəkə dükanlarında alınan malları 14 gün ərzində geri qaytarmağa icazə verirlər. Bu barədə məlumat verirəm ki, insanlar diqqətli olsunlar."/bizimyol
 
7News.az
 
İzləyicimizin göndərdiyi fotoları təqdim edirik:


Administratorla əlaqə

077 611-55-22

[email protected]